Peyğəmbərin (s) möhürünün üzərində nə yazılıb?
Mьəllif: admin1
Tarix: 1-10-2023, 10:22
Peyğəmbərin (s) möhürünün üzərində nə yazılıb?
Tarixi kitablar və sənədlər arasında peyğəmbərin(s) simasının necə olduğunu əks etdirən dəqiq rəsmlər olmasa da o həzrətin bir sıra ölkələr göndərdiyi məktublar və onlara vurulan möhürlərin rəsmləri hələ də qalır.

Ötən əsrdə Misirdə Məhəmməd peyğəmbərin(s) Efiopiya şahına göndərdiyi məktub tapılıb. İndi o məktub Türkiyədə Topqapı muzeyində saxlanılır.

Bu məktubun ağaşı hissəsinə vurulan möhür diqqət çəkib.

Tarixi faktlara görə peyğəmbər(s) hicri-qəməri ilinin 6-da zil-hiccə ayında Həbəşistan, İran və Rum şahlarına islam dini barədə məktub göndərir.

Məktublar hazırlanır. Lakin səhabələr peyğəmbərə(s) “şahlar möhürsüz məktubu qəbul etmirlər” deyirlər.

Peyğəmbər(s) də dərhal bir üzüyün və onun üzərində də bir möhürlü qaşın hazırlanmasını əmr edir. Üzük və onun möhür hissəsi də gümüşdən hazırlanır.

Bu möhürün üzərində “Məhəmməd Rəsul Allah” yazılmışdı. Allah ən üstdə, Rəsul ortada, Məhəmməd isə ən aşağıda.

Bu gün bu möhürün rəsmini İŞİD terror təşkilatı öz gerbi kimi bayrağına vurub. Məqsəd isə islama və Peyğəmbərə (s) qarşı aparılan təbliğatdır.
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031