Möminin gündəlik proqramı
1. Namazlara çox diqqətli olmaq - əvvəl vaxtda, camaatla qılmaq;
2. Yalan danışmamaq; 3. Gözünə nəzarət etmək; 4. Gecə namazı qılmaq; 5. Qəza namazı və oruclarını bərpa etmək; 6. Ən azı 50 ayə oxumaq; 7. Bir hədis, məsələ oxumaq ya öyrənmək; 8. Sədəqə ya nəzir vermək; 9. Sileyi-rəhm etmək; 10. Əmr be-məruf, nəhy əz-münkər etmək; 11. Gündəlik zikrlərdən etmək - salavat, istiğfar, təsbih, təsbihati-ərbəə və s.; 12. 14 Məsuma(ə) salam göndərmək; 13. 12-ci imamın zühuru üçün dua etmək - fərəc duasını oxumaq; 14. Valideynlərə xidmət etmək - qulluq, zəng, dua, salam və s.; 15. Dünyasını dəyişənlər üçün dua etmək; 16. Allah qorxusundan ağlamaq; 17. Ölümü və qəbri xatırlamaq; 18. Daim dəstəmazlı olmaq; 19. Halal və az yemək; 20. Az yatmaq, sübhləri yatmamaq; 21. Bacardıqca üzü qibləyə olmaq (işləyəndə, əyləşəndə, yemək yeyəndə və s.); 22. Xoşrəftar olmaq (ailədə, işdə, dostlarla və s.); 23. Hər hansı duanı ya əməli 40 gün ardıcıl etmək; 24. Bihudə söhbətlər etməmək; 25. Möminin qəlbini sevindirmək; 26. Hər axşam yatmamışdan əvvəl gün ərzində etdiyin əməlləri hesaba çəkmək. Oxşar xəbərlər
|