Əzab qorxusu
“Zərrə” qədər pislik, yaxud yaxşılıq edən axirətdə qarşılığını alacaq. İmam Əli (ə) buyurub: “Əzabdan qorxan günahdan çəkinər” “Qürər əl-hikəm”, c. 9, səh. 335. “İlahi əzab”dan qorxu və iman gücü insanı “günahdan” çəkindirən önəmli amillərdəndir. Bir şəxs günah edirsə, ya “məad” və hesab gününə inanmır, yaxud bu mühüm məsələdən “qafil”dir. “İmanı gücləndirmək” fəsad, mədəni təcavüz və etik pozğunluqların yayılmasına qarşı mübarizədə ən böyük müdafiə səddidir. İnancın görə biləcəyi işi bilik görə bilməz. Bütün peyğəmbərlərin dəvətlərinin əsas prinsipi diqqəti “hesab və əzab” gününə çəkməyə, insanların dünyadakı əməllərinə görə axirətdə cavab verəcəklərinə söykənir. “Zərrə” qədər pislik, yaxud yaxşılıq edən axirətdə qarşılığını alacaq. Buna görə də İslamdakı qisas və digər ictimai cəza tədbirlərinin həyata keçirilməsinin saysız faydaları var. Bunlar cinayətləri kökündən qazıyan ictimai qanunlardır. Dünyadakı cəzadan və axirət əzabından qorxmaq - budur pislik və fəsadlardan qurtuluş amili. Oxşar xəbərlər
|