Gözəlliyin zəkatı
Gözəllik və yaraşıqlı olmaq Allahın bəxş etdiyi nemətdir. “İmam Əli (ə) buyurub: “Gözəlliyin zəkatı iffətli (və nəcib) olmaqdır." “Qürər əl-hikəm”, c. 4, səh. 105. Əgər nemətdən düzgün və nemət sahibinin istədiyi kimi istifadə olunmazsa, o, problemlərə və başağrısına çevriləcəkdir. Gözəllik və yaraşıqlı olmaq Allahın bəxş etdiyi nemətdir. İffətli olub günahdan çəkinmək isə bu nemətin qarşılığında təşəkkür və zəkat hesab olunur. Bir çoxları öz “gözəllik”lərinin əsiridirlər. Çoxları da “zahiri gözəllik”lərinin kəməndinə düşmüşlər. Əgər bir nəfər zahiri görünüşünün gözəlliyinə, bədən və çöhrəsinin yaraşığına görə günaha düşür, yaxud digərlərini gunaha sövq edirsə, bu nemətin qarşılığını ödəməmiş hesab olunur. “İffət”, əmmarə nəfsin vəsvəsələrinin, könül aldadıcıların, cazibələrin və ehtirasların qarşısındakı sipərdir. Gözəllik heç bir halda gunah işlətmək, çirkinliklərin ağuşuna düşmək və başqalarını fəsad bataqlığına sürükləməyə əsas vermir. Oxşar xəbərlər
|