Peyğəmbərin (s) Allahla özəl ünsiyyət vaxtı, o vaxtı heç bir varlıq dərk edə bilmir
Peyğəmbərin fəzilətləri barədə Quranda, hədislərdə və dünya dahilərinin dilindən saysız hesabsız fəzilətlər nəql olunub. Allah-taala Peyğəmbər ola-ola insanlara əzab göndərməkdən imtina edir. Eyni zamanda rəbbimiz onun əxlaqını tərifləyir və Peyğəmbərdən insanların hidayəti üçün özünü bu qədər məşəqqətə atmamağa çağırır. Allah onu əmanətdar, düzdanışan saleh qul adlandırır. Allah buyurur ki mən onu və ailəsini lazımınca paklandırmağı iradə etmişəm. Onun mənəviyyatına gəldikdə isə Peyğəmbərin onun bir “ox kamanı məsafəsi”nə qədər yaxınlaşdığını deyir. Peyğəmbərin ruhu dahi, əzmli, qüvvətlidir. O qədər ulu ruha malikdir ki, onun çatdığı məqama digəri hələ çatmayıb. Ona görə Peyğəmbər məxluqatın ən şərafətlisidir. Əllamə Məclisi Biharul-Ənvar əsərində (cild-18 səh-3) Peyğəmbərin ulu məqamı barədə çox maraqlı bir hədisi gətiribdir. Peyğəmbər buyurur: “Mənlə Allaha məxsus bir vaxt var ki heç bir mələyin ona girməyə qüdrəti çatmaz. Heç bir göndərilmiş Peyğəmbər və Allah qəlbini imtahana çəkdiyi heç bir mömin bəndə də bu zamana girməyə qüdrəti çatmaz” Oxşar xəbərlər
|