Peyğəmbərin (s) Əbazərə vəsiyyəti
Mьəllif: admin1
Tarix: 13-05-2021, 19:40
Peyğəmbərin (s) Əbazərə vəsiyyəti
Peyğəmbər (s) Əbazərə olan vəsiyyətində buyurur: “Ey Əbazər! Bəndəçilik yolunda olmaq istəyirsənsə bu 3 mərhələdən keçməlisən: Birinci mərhələ Allaha mərifət tapmaq və Onu tanımaqdır.”

Bizim bütün fərdi və ictimai problemlərimizin mənşəyi Allahı tanımamağımızdandır. Belə olan halda ibatələrimizin də təsiri olmayacaqdır.

Allahı tanısaq düzgün ibadət edə bilərik. Allahı tanımaq insanın bəndəçiliyin rəng almasına səbəb olur. Allahı tanımaq ibadətə səbəb olur.

“İkinci mərhələ isə Məni təsdiq etməyindir”. Peyğəmbər (s) ümmətini çox düşünərdi. Qiyamətdə də bu cür olacaq. Peyğəmbər (s) Allaha buyurdu ki “Olarmı ki, ümmətimin pis işlərindən Sən və məndən başqa heç kim xəbərdar olmasın?”.

Allah cavab olaraq bildirdi ki “İzzətimə and olsun! Çoxunun pis işlərindən heç Sənin də xəbərin olmayacaq”.


“Üçüncü mərhələ isə Əhli-beytə (ə) məhəbbət bəsləmək və Onları sevməkdir”.

Peyğəmbər (s) misal çəkərək buyurur: “Mənim Əhli-beytim (ə) Nuhun gəmisinə bənzəyir. Bu gəmiyə minən nicat tapar, minməyən isə həlak olar”.

Əhli-beyti (ə) sevməkdən öncə Allahı tanımaq lazımdır. Allaha olan mərifətdən sonra vücuda gələn məhəbbətdən yaxşı bir şey yoxdur.

Bütün aləm cəm olsa da, heç bir təhdid və təhlükə bu sevgiyə sahib olanı yoldan azdıra bilməz.”

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031