Dörd varlığın insan üçün duası
Dörd varlıq camaatın onlar barəsində etdikləri duanın səsini eşidər. İmam Sadiq (ə) buyurmuşdur: Dörd varlıq camaatın onlar barəsində etdikləri duanın səsini eşidər: 1. Peyğəmbər (s); 2. Hurul-eyn; 3. Cənnət; 4. Cəhənnəm. 1. Hər kəs Peyğəmbərə (s) salavat göndərsə və ya ona salam versə o həzrətə (s) çatar (və o həzrət onun cavabını verər). 2. Hər kəs desə ki, Pərvərdigara, məni hurul-eynlə evləndir, onlar onun səsini eşidər və deyərlər: “Pərvərdigara, filan kəs Səndən bizi istəyir, bizi onunla evləndir”. 3. Hər kəs dua etsə ki, Pərvərdigara məni cənnətə daxil et, behişt onun səsini eşidər və deyər: “Pərvərdigara məndə onun üçün yer ayır”. 4. Hər kəs cəhənnəm atəşindən Allaha pənah aparsa, cəhənnəm deyər: “Pərvərdigara, ona pənah ver”. Oxşar xəbərlər
|