Kamil yoldaşlıq
Mьəllif: admin1
Tarix: 17-12-2016, 16:42
Kamil yoldaşlıq

Ünsiyyət istər-istəməz şəxsin fikir, əxlaq və rəftarına təsir göstərir.
İmam Əli (ə) buyurub:
“Ən gözəl seçim yaxşı insanlarla yoldaşlıq etməkdir”.

“Qürər əl-hikəm”, c. 3, səh. 421.

Dostdan, ünsiyyət qurduğu və söhbətləşdiyi birindən təsirlənməyən - istər gözəl və müsbət təsir olsun, istərsə də mənfi - insan yoxdur.
İnsan bütün sahələrdə başqalarına təsir bağışladığı kimi, həm də başqalarından təsirlənir.
Buna görə də dostluq edəcəyin, ünsiyyət quracağın insanların yaxşısı seçilməli və uyğun, xeyirxah insanlarla münasibət qurulmalıdır.
Ünsiyyət istər-istəməz şəxsin fikir, əxlaq və rəftarına təsir göstərir.
Külək əgər zibilliyin, bataqlığın və üfunətli leşin yanından ötərsə, özü ilə üfunətli və pis qoxulu, gül-çıçəyin yanından keçərsə, ürəkoxşayan iy gətirəcəkdir.
Önəmli olan küləyin hansı küçə ilə yoldaşlığı və hansı diyardan keçməsidir.
Özünün və uşaqlarının ünsiyyət qurduğu dostlara diqqət etmək sağlam əxlaqı, psixologiyanı və düşüncəni təmin edir. Bu sahədə diqqətsizlik isə peşimançılıqla nəticələnir.
Özünün və övladlarının ziyana uğramayacağına əmin olmaq bir növ məğrurluq və cahillik əlamətidir.
Dostların təsirini əhəmiyyətsiz saymayaq.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031