QƏLBİ SAĞLAM SAXLAMAQ
Yaxşı işlər sağlam qəlbdən, pis işlər isə qəlbin çirkinliyindən xəbər verir Quranda və çoxlu hədislərdə insanın qəlbindən danışılmışdır. Qəlb dərkedici hisslərin, idrak qüvvəsinin mərkəzidir. Yaxşı işlər sağlam qəlbdən, pis işlər isə qəlbin çirkinliyindən xəbər verir. Biz insanlar Allaha ibadət etmək və günahlardan qorunmaqla yanaşı, öz qəlbimizin sağlamlığı ilə də məşğul olmalıyıq. Quranda 132 dəfə «qəlb» sözü işlənmişdir. Çoxlu ayələrdə kafirlər, münafiqlər (iki üzlülər) və günahkarların qəlbi möhürlənmiş, xəstə, həddən ziyadə (mənfi mənada) yolunu azmış və bu kimi ibarələrlə qeyd edilmişdir. «Qəlb» barədə söz çoxdur. Lakin bu mətləbi qeyd etmək istəyirik ki, qəlbimizi təmiz saxlamalıyıq, çünki İmam Sadiq (ə) buyurur: İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir: 1. Şeytanın vəsvəsə etdiyi yer. 2. Mələklərin daxil olduğu hissə. Ona görə Allah-təala buyurur: «Allah möminlərə ruhun vasitəsi ilə (bir mələyin adıdır) kömək etdi». (Üsuli-kafi, 2-ci cild, səh 276. Və «Mücadmlə» surəsi, ayə: 22) Oxşar xəbərlər
|