Hər kim bu surəni yazar və özü ilə gəzdirər – Allah hər bir çətin işi onun üçün asan edər
“Rəhman” surəsi Quranın 55-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 78 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surəni “Quranın gəlini” adlandırmışdır. Hədisdə buyurulub: “Hər kim “Rəhman” surəsini oxuyar, Allah onun zəifliyinə rəhm edər və o, Allahın nemətlərinə şükrü əda etmək gücünü əldə edər”. İmam Sadiq (ə) buyurur: “”Rəhman” surəsini oxumaqdan və ona əməl etməkdən qafil olmayın. Belə ki, bu surə münafiqlərin qəlbində qərar tutmaz. Allah bu surəni Qiyamət günü ən gözəl və xoş ətirli insan şəkilində daxil edər və Allaha ən yaxın olan yerdə dayanar. Bu zaman Allah buyurar: “Kimlər dünyada davamlı olaraq səni oxuyublar?”. “Rəhman” surəsi buyurar: “Ey Pərvərdigarım! Filankəs və filankəs. Bundan sonra onların üzü ağ və nurani olar. Allah bu dəstəyə buyurar: “Hər kəsi istəyirsiniz şəfaət edin. Behiştə daxil olun. Harada istəsəniz, orada sakin olun”. İmam Sadiq (ə) buyurur: “Hər kim “Rəhman” surəsini qiraət edər və bu ayəyə rast gələn zaman «فبای الاء ربكما تكذبان»deyər: «لابشیء من الائك رب اكذب» Əgər həmin gündə və ya gecədə vəfat edərsə, şəhid hesab olunar”. Həzrət Zəhra (s.ə) buyurur: “Rəhman” surəsini qiraət edən, səma mələkutunda və yerdə Firdovs behiştinin sakini adlandırılar”. Bu surənin bərəkətləri: 1. İşlərin asanlaşması. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni yazar və özü ilə gəzdirər – Allah hər bir çətin işi onun üçün asan edər”. 2. Göz ağrısını sakitləşdirər. İmam Sadiq (ə) buyurur: “Əgər “Rəhman” surəsini yazsanız və göz ağrısı olan insanın yanında olsa – yaxşılaşar”. 3. Qəlbi yaxşılaşdırar. “Misbah” kitabında oxuyuruq ki, əgər “Rəhman” surəsini yazsanız və onu yuyub suyundan içsəniz – qəlb xəstəliyi üçün faydalıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|