İnsan əriyib suya qatışan buz kimi daim itirməyə dogru hərəkətdədir
Zamanın bizdən aldıqlarının qarşısında biz də ondan bir şey ala bilirikmi? İmam Əli (ə) buyurub: “Gecə və gündüz sənin üzərində çalışırlar, sən də gecə-gündüzün üzərində çalış. Səndən alırlar, sən də onlardan al”. Qürər əl-hikəm, c. 2, səh. 667. Zaman keçdikcə dünya köhnəlir, ömürlər qısalır, insanlar qocalır. Zamanın ötür, ömrün keçməsinin təsirləri bu və ya digər şəkildə hamıya aid olur. Əslində, zamanla hərə bir növ alış-veriş vəziyyətindədir. Zaman durmadan ömrü, fürsəti, gəncliyi, sağlamlığı və bədənin gücünü bizdən alır. Bunun qarşılığında bizə nə verir? “Ömür” verib, ancaq qarşılığında “səadət” almamaq, gəncliyi verib, elm və təcrübə öyrənməmək, cismani imkanlarımız və fikri bacarıqlarımızı sərf edib, ancaq gələcəyimiz üçün müvəffəqiyyət əldə edə bilməmək çox böyük təəssüf doğurur. İnsan əriyib suya qatışan buz kimi, yerə tökülən şam, yaxud buxarlanan su kimi daim itirməyə dogru hərəkətdədir. Bu, gecə-gündüzün təbii axarı və üzərimizdəki təsiridir. Bəs biz zamana və gecə-gündüzə necə təsir edirik? Zamanın bizdən aldıqlarının qarşısında biz də ondan bir şey ala bilirikmi? Oxşar xəbərlər
|