Birbaşa məsumdan istəmək şirkdirmi? Sadə izah
İddia edilir ki, guya birbaşa məsumdan (ə), məsələn, İmam Əlidən (ə) istəmək şirkdir. Yəni, guya bu, Əlini (ə) –haşa!- Allaha şərik qərar verməkdir. Yanlış iddiadır. Birbaşa məsumdan (ə) istəmək, məsumu (ə) Allaha şərik qərar vermək deyil.
“Şərik”, müştərək işdə tərəflərə verilən addır. Bu işdə ən azı iki nəfər iştirak etməlidir ki, görülən iş “müştərək iş”, bu müştərək işi görən tərəflər isə “şərik” adlandırılsın. Şəriklikdə müdir-işçi əlaqəsi yoxdur. Tərəflər pay sahibidirlər və payları üzərindəki sahiblik haqqı şəriklərinin icazəsi ilə deyil. Yəni, şəriklərdən hər biri, ümumi qazancın öz payına düşən hissəsindən istədiyi şəkildə istifadə edə bilər. Bunun üçün, şərikinin icazəsinə ehtiyac yoxdur. Özünün buna qüdrəti çatır. Yox, əgər iki tərəfdən biri heç bir pay sahibi deyilsə və hər bir məsələdə digər şəxsin icazə və razılığına möhtacdırsa, bu, şəriklik əlaqəsi yox, müdir-işçi əlaqəsidir. Əgər işçinin öz müdiri yanında xüsusi bir dəyəri varsa, müdirin ona xüsusi hörməti varsa, buna görə müdir öz işçisinə bir çox məsələdə səlahiyyət verirsə, bu, işçinin müdirə şərik olduğu anlamına gəlməz. İşçi, gördüyü işi müdirin şəriki yox, işçisi sifətiylə görür. Gördüyü hər bir işi də müdirin icazəsi və razılığı ilə edir. Hətta, müdirin öz işçisinə verdiyi səlahiyyətlər özünə xass səlahiyyətlər olmuş olsa belə, bu, müdirin işçini özünə şərik etdiyi, işçi ilə müdirin şərik olduğu anlamına gəlməz. Məsələn, əgər müdir öz sevimli işçisinə icazə versə ki, qazancdan istədiyi qədər və iştədiyi şəkildə istifadə etsin, bu, yenə də şəriklik mənasına gəlməz. Xülasə, şəriklik izah etdiyimiz kimidir. Bunun izahı bu qədər bəsitdir. Qurandakı bu mövzuda olan bütün ayələr məhz bu məzmunda izah edilir. Məsələni qəlizləşdirməyə ehtiyac yoxdur. Allah da xaliqdir, İsa peyğəmbər (ə) də. Bunu Quran da təsdiq edir. Amma, İsa peyğəmbər (ə) Allahın izniylə xaliqdir. (Ali-İmran surəsi, 3-cü ayı.) Deməli, bir kimsə gəlib İsadan (ə) onun xəlq edə biləcəyi şeyi istəsə, bu, İsanı (ə) Allaha şərik qərar vermək deyil. Əgər İsadan (ə) istəyən şəxsin, İsanının (ə) bu işi, Allahın icazəsi və razılığı olmasa belə görə biləcəyinə etiqadı olsa, bu, İsanı (ə) Allaha şərik qoşmaqdır. Əks təqdirdə şərik qoşmaq deyil. O şəxs ki, ondan nə isə istənilir, onun diri və ya ölü olmasının şirkə aidiyyatı yoxdur. Bir şey şirkdirsə, şirkdir və əgər şirkdirsə, bu halda, ölünü də Allaha şərik qoşmaq olmaz, dirini də. ”Ölü-diri” ayırımı başqa mövzudur. Fərz edək ki, ölüdən istəmək doğru deyil, hətta, haramdır. Bu halda belə, məsələni şirk adlandırmaq olmaz. Çünki şirk, yuxarıda izah edilən kimidir. Hər şirk haramdır. Amma, hər haram şirk deyil. Haram işi görən dindən çıxmaz, amma şirk edən dindən çıxar, kafir olar. Fərq budur. Oxşar xəbərlər
|