Görmək və bəsirətin fərqi
Mьəllif: admin1
Tarix: 18-11-2021, 22:40
Görmək və bəsirətin fərqi

“Könül gözü” kor olduqdan sonra gözün nə faydası var?

İmam Əli (ə) buyurub: “Korluq bəsirətsizlikdən daha asan və daha dözüləndir”.

“Qürər əl-hikəm”. c. 4, səh. 413.

Görmək və bəsirət bir-birindən fərqli anlayışlardır. Doğrudur, “göz” yol gedərkən dərə-təpəni, eniş-yoxuşu, yolu görmək üçündür. Lakin “yol” həmişə küçə-bazardan ibarət deyil ki, yalnız göz işə yarasın!

Həm “göz”, həm də “bəsirət” lazımdır. Hansı daha önəmlidir?

“Korluq” da pisdir, “bəsirətsizlik” də, ancaq hansı daha ziyanlıdır?

Bəzi görmə qabiliyyəti olanlar onları əhatə edən şeyləri görürlər, lakin “könül gözləri” kordur. Bu korluğun nəticəsində haqqı, doğru yolu görmür, tanımır, bir ömür yanlış həyat sürürlər.

Elələri də vardır ki, görmə qabiliyyətləri olmamasına baxmayaraq, “bəsirətli”dirlər. Beləcə, gözlülərdən daha yaxşı görürlər.

Quran azğınları “bəsirətsiz” (könül gözü kor) adlandırır: “Burada kor olanlar, orada daha kor və azğın olacaqlar”.

“Könül gözü” kor olduqdan sonra gözün nə faydası var?

“Görmə və bəsirət”in hər ikisinə malik olarsaq, buna “nur üstə nur” deməkdir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930