Niyə namazlardan həzz ala bilmirik?
Niyə namazlardan həzz və mənəvi bəhrə ala bilmirik?
Namazları və ibadətləri ləzzətbəxş edən amillər bunlardır: 1-İbadətdən öncə insan özünü hazırlamalıdır. Yəni Allahla danışığa getdiyini anlamalı və buna görə özünü ətraf fikirlər və məsələlərdən uzaqlaşdırmalıdır. 2- Çalışsın ibadəti ən yaxşı zamanda yerinə yetirsin. Məsələn narahat olan halda, bədənində süstlük olan halda ibadət etməsin və yuxu və yorğun olan zamana ibadəti salmasın!. Həzrət Əlinin (ə) də buyurduğu kimi “İnsanların qəlbi bəzən Allaha üz gətirər bəzən də üz çevirər”. Bu əsasən yorğunluq hallarının olmasına işarədir. 3-Səsli-küylü məkanlarda münacata durmasın, sakit və aram bir yer tapsın. 4-Namazda ciddi şəkildə qərarlı olsun ki, ətrafdan gələn fikirlərə məhəl qoymasın onları özündən uzaqlaşdırsın. 5-Namazda dediyi sözlərin zikrlərin tərcüməsini zehnindən keçirsin. 6-Ürəyinə yatan onun mənəviyyatını qaldıran və ürəyini ovsunlayan mənasını bildiyi zikrlərdən istifadə etsin. Bu zəmində Məfatihul-Cinan münacatlar kitabında gətirilən 15 münacat daha çox yerinə düşər. 7-Namazın bir bəndə üçün nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq. Məsələn bu zəmində yazılan Ayətullah Musəvi Xomeyninin “Əsrarus-Səlat” və Mirzə Cavad Mələki Təbrizinin “Əsrarus-Səlat” kitablarını mütaliə etmək lazımdır. 8-Namazı tərk edən və onu yüngül tutanlar üçün hansı cəzaların gəldiyini bilib dərk etmək. Bu zəmində Ayətullah Dəstğeybin “Böyük Günahlar” əsərini oxumaq lazımdır. 9-Hər gün yarım saatlıq müddətdə ölümü yada salmaq, həyatın acı xatirələrini xatırlamaq, qiyamət gününü təsəvvür etmək, bir sözlə hər gün yarım saat insan özünü, həmin gün ərzində etdiyi rəftar və əməllərini hesab-kitaba çəkməlidir. 10-Namazlı dostlarla otur-dur etmək, namaz qılmayan dostlardan imkan daxilində uzaq qalmaq. 11-Mənəvi məkanlarda olmaq, Kumeyl, Nüdbə, Təvəssül, Əhd və sair münacatların oxunduğu məkanlarda olmaq. 12-Azad vaxtlarda sizin ürəyinizi yatan müstəhəb zikrlər və əməlləri həyata keçirmək. Oxşar xəbərlər
|