110 cildlik Biharul-Ənvarı yazan alimi Əllamə edən dua
110 cildlik hədis ensklopediyasını yazan alimi Əllamə edən edən ata duası
İslaminSesi.info – Allah buyurub: Məni çağırın ki, sizi icabət edim (Ğafir, 60). Amma nədənsə biz hər gün dua etməyimizə baxmayaraq qəbul olmur. Çünki dualarımızın əksəriyyətini özümüzə həsr edirik. Digərləri üçün etdiyimiz dualar isə içimizdən gəlmir. Bir sözlə duaların qəbul olması üçün insanın günahlardan uzaq olması, məkan zaman amili, səmimiliyi, ixlası, təkcə özü üçün deyil digəri üçün dua etməsi və sair amillər duanın daha tez qəbul olmasını təmin edir. Burada birinin digəri üçün etdiyi duaya köklənmək istəyirik. Burada ata-anaların övladları üçün etdiyi duanı misal gətirmək olar. Bu duanı edən valideyn həqiqi Allah bəndəsi olsa və dua zamanında edilsə övladı üçün edəcəyi dua müstəcab olar. Nəql olunur ki, bir gün Məhəmməd Təqi Məclisi (Əllamə Məclisinin atası, vəfat ili 1070 h.q) bir gün gecə namazı üçün yuxudan durur. İbadət zamanı hiss edir ki, bu namazdakı hissi həmişəkindən fərqlidir və əsl irfani bir andadır. Bu fikirə düşdü ki, hansı duanı etsin. Birdən bələkdə olan südəmər oğlu Məhəmməd Baqir ağlamağa başladı. Məhəmməd Təqi bunu görüb oğlu üçün belə bir dua etdi: “İlahi bu oğlana elə bir tövfiqat ver ki, böyüyəndə peyğəmbər(s) və imamların(ə) əsərlərini və təliamatlarını bacardığı qədər nəşr edə bilsin və dünyaya yaysın” Onun bu duası müstəcab oldu və oğlu Məhəmməd Baqir Məclisi (1627-1699) Əllamə oldu . Onun oğlu islami hədislərin nəşri üçün ən böyük işi gördü və 110 cildlik hədis ensklopediyasını ərsəyə gətirdi. Bundan əlavə Əllamə Məclisi 100dən artıq dəyərli əsərlər islam ümmətinə təqdim etdi. Oxşar xəbərlər
|