Allahın razılığının nişanələri hansıdır?
![]() Allahın Peyğəmbəri (s) buyurub: «Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana və ölüm mələyi qarşısında zahir olan anadək Allahın razılığına, bağışlanmasına qovuşduğuna əminliyi olmur». Allahın Peyğəmbəri (s) buyurub: «Dünya lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa, dünyada olan nə varsa hamısı lənətlənmişdir». İmam Həsən (ə) buyurub: «Qəlbindən Allahın razılığını qazanmaqdan başqa bir şey keçirməyənə, Allahın onun duasını qəbul edəcəyini zəmanət verirəm». İmam Əli (ə) buyurub: «Allahın razılığı Onun itaətinə yaxındır». İmam Əli (ə) buyurub: «Üç şey bəndəni Allahın razılığına çatdırar: çox istiğfar etmək, təvazökarlıq və sədəqə vermək». İmam Əli (ə) buyurub: «Sübhan olan Allahın bəndədən razılığının nişanəsi, bəndənin Allah tərəfindən onun xeyrinə və ziyanına təyin etdiyinə razı olmasıdır». Rəvayət olunur ki, Musa (ə) dedi: «Ey Rəbbim! Məni bəndəndən razılığının nişanələrindən agah et». Allah Təala ona vəhy etdi: «Mən bəndəmi Öz itaətimə hazırlayıb, günahlardan uzaqlaşdırdığımı görəndə bil ki, bu Mənim razılığımın nişanəsidir». /Deyerler.org/ Oxşar xəbərlər
|