ALLAH MƏHƏBBƏTİNİ QAZANMA YOLU
Mьəllif: admin1
Tarix: 13-08-2017, 11:23
ALLAH MƏHƏBBƏTİNİ QAZANMA YOLU
Allahın nemətlərinə diqqət: İlahi məhəbbət insanı itaətsizlikdən uzaqlaşdıran səbəbdir. Bəlalar bizi bürüyən vaxt Allahla yaxınlığı qoruyacaq məhəbbəti necə əldə edək? Nə edək ki, hətta cəhənnəmə sürüklənən vaxt da ümidimiz Allahın mərhəmətindən üzülməsin?
Axirətdə belə bir hal əldə etmək mümkünsüzdür. Uyğun hal dünyada qazanılmalı, axirətdə özünü göstərməlidir.
İlahi məhəbbəti hansı yolla qazanmaq olar? "Əbu-Həmzə” duasında zikr olunduğu kimi imam Səccad belə ərz edir: "(Pərvərdigara) Əgər məhəbbətin qəlbimdən çıxmırsa, bunun səbəbi nemətlərini unutmamağım, günahlarıma pərdə çəkdiyini yaddan çıxarmamağımdır”. Deyilənlərdən aydın olur ki, qəlbində ilahi məhəbbəti yaşatmaq istəyən kəs daim Allahı və Onun nemətlərini xatırlamalıdır.
İslam Peyğəmbəri (s) buyurur: "Allahı sevin, O sizi nemətləri ilə qidalandırır.” ("Biharul-ənvar”, 70-ci cild, səh.16, 7-ci rəvayət.)
Qüdsi bir hədisdə nəql olunur ki, Allah-təala Musa ibn İmrana xitabən buyurdu: "Ey Musa, Məni xalqa sevdir” (bir iş gör ki, xalq Məni sevsin). Həzrət Musa (ə) ərz etdi: "Nə edim?” Xitab olundu: "Nemətlərimi onlara xatırlat”. ("Biharul-ənvar”, 2-ci cild, səh.4, 6-cı rəvayət, 8-ci bab.)
İnsan qarşı tərəfdən lütf görəndə təbii şəkildə qəlbində məhəbbət yaranır. Bu lütf çətinlik girdabına düşmüş insana daha çox təsir göstərir. Hər bir insan öz həyatında başqalarının yardımı ilə qurtulduğu problemlə üzləşib. İnsan bu sayaq lütfü ömrünün sonunadək unutmur və qəlbində həmin şəxsə qarşı məhəbbət yaranır.
Beləliklə, Allaha qarşı məhəbbətli olmaq üçün Onun nemətlərini bir-bir yada salmalıyıq. Allahın bol nemətlərində qərq olduğumuzdan onları dərk etmir və onların dəyərindən xəbərsiz oluruq. Çətinliklə qarşılaşdığımız və ya bizdən hansısa nemətlər alınan zaman belə nemətlərimizin olduğunu, lakin onların qədrini bilmədiyimizi anlayırıq.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930