İmam Əli (ə) ardıcılları olan şiələrin gələcəyi haqda nə deyib?
Mьəllif: admin1
Tarix: 22-12-2016, 14:35
İmam Əli (ə) ardıcılları olan şiələrin gələcəyi haqda nə deyib?
Məhəmməd ibni İbrahim ən-Numani (971) Kitabul-ğeybə əsərində (cild-1, səh26) imam Əlinin(ə) şiələrin gələcəyi, onların bəzi çətin imtahanlarla üzbəüz qalacağı haqda maraqlı hədisini təqdim edirik:

“Ey şiələr siz sevdiyinizə və arzu etdiyinizə bir-birinizin üzünə tüpürməyənə (bir-birinizlə düşmən olmayana qədər) və bəzilərinizi yalançı adlandırmayana qədər, çata bilməyəcəksiniz. (Yəni siz şiələrin arasında zaman keçdikcə ayrılmaların olması labüddür və az bir qisminiz yerdə qalacaqsınız) Yalnız gözdə qalan az sürmə və yeməyin içində qalan az bir duz kimi. Bu haqda sizə bir misal gətirim: Bu, bənzəyir anbarına buğda azuqəsi yığmış bir kişiyə. Həmin azuqə ki, onu küləyə verib, onu təmizləyib və yığıb. Bir müddətdən sonra gəlib görər ki, onun içində qurdalr və böcəklər var. O azuqəni çıxarar yenidən küləyə verib təmizləyib, yığar. Bir müddət sonra yenidən ona baş çəkər görər ki, içində bəzi böcəklər və qurdlar var (və ya buğdanın bir tərəfinin kifsədiyini görər). Yenidən onu çıxarıb təmizləyər və təmizi yerinə yığıb qapını bağlayar. Sonra yenidən baş çəkər həmin böcəkləri yenə görər. Öncə etdiyini o qədər təkrarlayar ki, yerdə cəmi bir tay (torba) buğda qalar. O azuqəyə böcək dəyməyib. Baxın sizlər də (siz şiələr də) belə imtahana çəkiləcəksiniz və fitnələr sizi ələyəcək. O yerə qədər ki, sizdən yalnız kiçik bu qrup qalacaq. O qrup ki, fitnələr ona zərbə vura bilməz.”

İmam Əlinin(ə) bu hədisi zaman keçdikcə özünü doğruldurdu. Elə imamların zamanında fitnələr şiələri Zeydiyyə, Vaqifiyyə, Əbtəhiyyə, İsmailiyyə, İshaqiyyə, Nuvusiyyə və sairə böldü. Onlardan daha təhlükəliləri Qalilər, Qərmətilə və sair isə Əhli-Beyt (ə) məktəbini tərk etməklə yanaşı islamı və insaniyyəti də tərk etdilər. İslaminSesi.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031