Mömin bəndə ölən zaman nələri görər?
Mьəllif: admin1
Tarix: 23-12-2016, 01:45
Mömin bəndə ölən zaman nələri görər?

Mömin bəndə vəfat edən zaman kimləri müşahidə edir? Ayətullah Cavadi Amilinin çıxışı
Ayətullah Cavadi Amilinin möminim ölüm zamanı gördüyü səhnələr haqda çıxışını təqdim edir:

“İmam Sadiq buyurdu: Allaha and olsun onların ikisini görəcək. Mən soruşdum anam atam sənə qurban kimləri görəcək? Cavab verdi o Allahın Rəsulu və Əlini görəcək. Bəli hədislərdə gəlib ki mömin üçün ölüm anı kimi ləzzətbəxş bir an yoxdur. İndi əgər bizim əlimiz bunların (Əhli-beyt) hərəminə çatsa zirehinə çatsa bunula fəxr edərik. Amma onların gəlib başımızın üzərində durması başqadır. İmam Sadiq buyurur: Bil ki hər bir mömin bəndə vəfat edəndə bu iki müqəddəs zatı görərlər. Ravi soruşur. Əgər mömin bunlara baxdıqdan sonra dünyaya qayıtmaq istəyərmi? İmam buyurdu xeyr, qayıtmaz. ....

Ravi yenidən soruşur: Onlar mömin bəndəyə bir şey deyəcəklərmi? İmam buyurdu: Bəli, Onlar ikisi möminə xatırladarlar (bəzi şeyləri). Peyğəmbər möminin başı üstündə Əli isə ayağı tərəfində oturar. Peyğəmbər ona müjdə verər və deyər: Ey Allaın dostu mən sənin dünyada etdiklərinə görə sən üçün bir feyzəm. Daha sonra Peyğəmbər durar Əli onun başı üstündə oturar və deyər: Sənə müjdə verirəm, Mən Əli ibni Əbu-Talibəm, həmin sənin sevdiyin şəxsəm, Mən sənə fayda verəcəyəm.

İmam Sadiq dönüb səhabəsi Əqəbəyə izah edir ki mənim bu dediklərim Quranda var. Əqəbə deyir ki mən İmam Sadiqdən bunun Quranın harasında olduğunu soruşdum. İmam Sadiq Yunis surəsində olan bu ayə ilə cavab verdi:

Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər - Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!”
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031