Allah qarşısında ən sevimli ibadət mömini sevindirmək...
Mьəllif: admin1
Tarix: 23-12-2016, 01:53
Allah qarşısında ən sevimli ibadət mömini sevindirmək...

Mömini sevindirən, şübhəsiz, məni sevindirmişdir...
Qurani-kərimdə buyurulur: “Allah-təala möminləri sizdən bir dərəcə üstün etmiş alimlərimizi daha uca dərəcəyə çatdırmışdır. Allah gördüyünüz işlərdən xəbərdardır.” (“Mücadələ”, 11)

Möminin dəyəri o qədər böyükdür ki, ayə və rəvayətlərdə möminə məhəbbət Allah və onun rəsuluna məhəbbət, möminə kömək Allah və onun rəsuluna kömək, mömini sevindirmək Allah və onun rəsulunu sevindirmək, mömini incitmək Allah və onun rəsulunu incitmək kimi dəyərləndirilir. İmam Baqir (ə) girami Peyğəmbərdən (s) belə rəvayət edir: “Mömini sevindirən, şübhəsiz, məni sevindirmişdir, məni sevindirən, həqiqətən, Allahı sevindirmişdir.” (“Kafi”, 2-188)

İmam Baqir (ə) buyurur: “Allah qarşısında ən sevimli ibadət mömini sevindirmək, xoşhal etməkdir.” (“Kafi”, 2-189) İmam Sadiq (ə) buyurur: “Möminin istəyini yerinə yetirmək Allah qarşısında ziyartəçisi yüz min dinar infaq etmiş iyirmi Həcdən üstündür.” (“Kafi”, 2-193) Başqa bir rəvayətdə həzrət buyurur: “Şübhəsiz, mömin qardaşlarından birini doyurmaq bazara daxil olub Allah yolunda qul alıb azad etməyindən daha sevimlidir.” (“Kafi”, 2-203)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930