Peyğəmbərimizin (s) şəfaəti barədə ayə
İbni Şəhri Aşub “Mənaqib” kitabında İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Peyğəmbərin (s) zamanında bir kişi günah işlədir. Bu günahını aradan qaldırmaq üçün özünü gizlədir, o zamana qədər ki, Həsənlə (ə) Hüseyni (ə) küçədə xəlvət halda müşahidə edir. Yaxına gəlir və o ikisini alıb, çiyninə mindirir. Sonra da Peyğəmbərin (s) yanına gedir. Deyir: “Mən Allah Təalaya və bu ikisinə pənah aparmışam”. Peyğəmbər (s) bu sözdən o qədər gülür ki, mübarək əlini ağzına tutur. Sonra həmin kişiyə buyurur: “Get ki, sən azadsan”. Həsən (ə) və Hüseynə (ə) isə buyurur: “Sizləri bu kişiyə görə şəhafətçi qərar verdim”. Bu hadisədən sonra belə bir ayə nazil olur: “Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64)”. Təbii ki, Peyğəmbərimizin (s) şəfaəti təkcə Həzrətin (s) bu dünyada olduğu müddətə deyil, bütün zamanlara və məkanlara aid olan bir mövzudur. Oxşar xəbərlər
|