Allahın Həzrət Peyğəmbərə (s) təlim etdiyi dualar
Mьəllif: admin1
Tarix: 16-12-2021, 22:02
Allahın Həzrət Peyğəmbərə (s) təlim etdiyi dualar
Quran Allahın İslam Peyğəmbərinə (s) öyrətdiyi duaları bəyan etmiş və bu yolla bizlərə dua qaydasını təlim etmişdir. Bu dualardan bir neçəsini gətiririk:

1. “(Onların iman gətirmələrinə naümid olduqdan sonra) de: «Allahım! Ey göylərin və yerin yaradanı, gizli və aşkarı bilən! Bəndələrin arasında (dünyada) ixtilaf etdikləri şey barəsində (axirətdə) Sən hökm çıxaracaqsan!»”. (“Zumər” 46).

2. Həzrət Peyğəmbərin (s) düşmənləri çox tərs və qəddar insanlar idilər. Hər gün insanları daha çox yolundan azdırmaq üçün yeni fitnələr hazırlayırdılar. Həzrət Peyğəmbər (s) Allahdan elə vəhy gözləyirdi ki, həm bu səfad yaradan insanların cavabını verə bilsin və həm də Həzrətin (s) özünün əzm və iradəsi güclənsin.

Allah Peyğəmbərə (s) kafirlərə bu cür deməsini öyrədir: “(Peyğəmbər) dedi: «Ey Rəbbim, (mənimlə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. Və (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz və müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində (mənim üçün) mədəd yeridir». (“Ənbiya” 112).

3. Başqa bir ayədə Allah Peyğəmbərə (s) buyurur: “Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»”. (“Muminun” 118).

4. Allah Təala Həzrət Peyğəmbərə (s) təlim edir ki, vəhy sona çatmayana qədər onu qiraət etməyə tələsməyin. Ona görə də buyurur: “Qur’anın sənə vəhyi sona çatmamışdan qabaq onda tələsmə və «ey Rəbbim, mənim elmimi artır!» de”. (“Taha” 114).

5. Allah Peyğəmbərə (s) təlim verir ki, hər bir işə başlamazdan əvvəl onun müvvəffəq olması üçün belə dua etsin. “Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»”. (“İsra” 80).

6. Allah Təala Peyğəmbərə (s) insanlarla tövhidlə bağlı söhbət edən zaman bu ayədən istifadə etməsini tövsiyə edir. “Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam”. (“Şura” 10).

7. Allah Onu həmd və mədh etmək üçün belə buyurmağını tövsiyə edir: “(Ya Peyğəmbər!) de: «Şükür və sitayiş Allaha məxsusdur. Salam olsun Onun seçdiyi bəndələrinə (peyğəmbərlərə, onların canişinlərinə və saleh əməlli möminlərə) ...». (“Nəml” 59).

8. Allah tövhidin əsaslarını belə öyrədir: “Və de: «Bütün həmdlər övlad götürməmiş (çünki, övladın dünyaya gəlməsinin müqəddiməsi və dünyaya gəlməsindən sonra olan faydaları Onun barəsində qeyri-mümkündür), (varlıq aləminə) hakimiyyət və (ona) həqiqi sahiblikdə heç bir şəriki olmayan və (qorxu, ehtiyac və) zillət üzündən bir köməkçi, başçı və dostu olmayan Allaha məxsusdur. Və (bütün namazlarda və hər bir halda) təkbir de, Onun böyüklüyünə tam etiqad bəslə və cəmiyyətdə imkanın qədər Onu böyük tut”. (“İsra” 111).

9. Allah Təala Peyğəmbərə (s) belə bir duanı təlim edir: “De: «Həqiqətən mənim namazım, ibadət, həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)»”. (“Ənam” 162).

10. Münafiqlər Həzrətə (s) çox əziyyət verirdilər və Allah Taala bu əziyyətlərdən rahatlıq tapmaq üçün Peyğəmbərə (s) belə dua etməsini öyrədir: “Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir»”. (“Tövbə” 129).

Allahın Peyğəmbərə (s) öyrətdiyi bu duaların hamısı hər bir müsəlmanın həyatında faydalı ola bilər. Çünki elə bir insan yoxdur ki, çətinlik və müsibətlə üzləşməmiş olsun. Allah Təala bu dualar vasitəsilə bizə Ondan necə yardım istəməyimizi öyrədir və bizə Peyğəmbərə (s) istinad edərək, dəyərli xəzinə bəxş edir.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930