100 il bir göz qırpımı kimi – Allahın qüdrətinin təzahürü
Mьəllif: admin1
Tarix: 25-12-2016, 09:05
100 il bir göz qırpımı kimi – Allahın qüdrətinin təzahürü
“Yaxud (evlərinin damı çökmüş və) divarları damlarının üzərinə uçmuş (və sakinlərinin cəsədləri çürüyüb dağılmış) kənddən keçən (kəs) kimisini (görmüsənmi)? (O, təəccüblə öz-özünə) dedi: «Allah bunları ölümlərindən sonra necə dirildəcək?!». Buna görə də Allah onu yüz il öldürdü, sonra diriltdi (və) dedi: «(Burada) nə qədər qalmısan?». Dedi: «Bir gün, ya günün bir hissəsini (qalmışam)».
Dedi: «Xeyr, yüz il qalmısan; yemək-içməyinə bax ki, heç dəyişməyib və uzunqulağına bax (gör necə çürüyüb dağılıb). Biz (bunu sənin istəyini yerinə yetirmək və) səni insanlara (Öz tövhid və qüdrətimizin) nişanə(si) etmək üçün (etdik). Bax (gör uzunqulağının) sümükləri(ni) necə götürür (və onları bir-birinə birləşdirir), sonra onların üstünə ət örtürük! Beləliklə (dirilməyin necəliyi) ona aydın olduqda, dedi: «İndi bilirəm ki, Allah hər şeyə qadirdir (və indi bunu öz gözlərimlə görüb, yəqinlik əldə etdim)”. (“Bəqərə” 259).
Məsumların (ə) və təfsirçilərin nəzərinə görə, bu ayədə adı çəkilən insan – Üzeyir (ə) peyğəmbər olmuşdur. Üzeyir (ə) peyğəmbər bir gün öz bağına daxil olur və bir qədər üzüm, əncir toplayır və öz dördayaqlısı ilə evinə tərəf hərəkət edir. (Erfan)
Yolda gedən zaman xilqətin sirri barəsində düşünməyə başlayır. O qədər bu düşüncələrə qapılır ki, evi yerinə xarabalıq bir yerə gəlib çıxır. Bu yer şəhərdən uzaq və xaraba qalmış bir yer idi. Bu yerdə yaşayan insanlar gözünün önündə canlanır. O, uzunqulağının yüyənini mıx ilə yerə bərkidir və gətirdiyi bir səbət üzümü, ənciri və çörəyi yanına qoyur. Özünü xarabalığın divarına söykəyib düşüncəyə gedir və cansız sümüklərin necə diriləcəyi barəsində fikirləşir. Öz-özünə düşünür ki, mənin ölüləri diriləcəyinə yəqinim vardır, sadəcə onun keyfiyyətindən xəbərsizəm və ondan xəbərdar olmaq istəyirəm. Bu düçüncələr zamanı bədəni süstləşir və ruhu qəbz olunur və yüz il onun ölümündən keçir.
Nəhayət Allah iradə edir ki, onu diriltsin və Üzeyr (ə) dirilir və miniyini, ərzaq səbətini axtarmağa başlayır. Allah ona xitab edir: “Burada nə qədər dayanmışdın?”. Deyir: “Belə düşünürəm ki, bir gün və ya bir gündən də az”. Allah buyurur: “Xeyr, sən yüz ildir ki, ölmüsən və yumşaq yağışlar, tufanlar və fəsillər səni nəvaziş etmişdir. İndi yüz ildən sonra Mənim qüdrətimlə dirilmisən. Mən sənin dirilməyini insanlar üçün Öz qüdrətimin nişanəsi qərar verirəm və indi diqqətlə miniyinə nəzər sal ki, necə sümüklərini toplayıb onu dirildəcəyəm. Ona həyat üfürəcəyəm ki, ölülərin dirilmək keyfiyyətini görərək, məad və Qiyamət məsələsinə imanın güclənsin”.
Üzeyr (ə) miniyinin dirilmə keyfiyyətini görən zaman həyatda olduğunu bir daha hiss etdi. Yüz il keçməsinə baxmayaraq, ərzaq səbətindəki meyvələr dəyişməmişdi. Ancaq özü və uzunqulağı yüz il yer üzündə həyatdan uzaq olmuşdular. Buna görə də bütün varlığı ilə deyir: “Bilirəm ki, Allah hər şeyə qadirdir”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031