Bir eşq dastanı
Mьəllif: admin1
Tarix: 17-04-2023, 13:41
Bir eşq dastanı
Molla Sədra bu minvalla bir gecə-gündüz ucadan ağlayır.

Böyük fəqih, hədisşünas və arif Feyz Kaşani, Kaşan şəhərinin Qəmsər məntəqəsində yaşadığı zamanlarda onun qayınatası arif və filosof kimi məşhur olan Molla Sədra da bir neçə günlük onların qonağı olur.

Həmin günlərdə bir cavan oğlan sevdiyi qızın elçiliyinə gedir. Qızın valideyinləri qızın razılığı ilə elçini qəbul edir və qızı ona verirlər. Ancaq şərt qoyurlar ki, əqd oxunana qədər nə oğlan qızı görmək üçün qızın evinə gələ bilər, nə də qızın evdən bayıra çıxmağa ixtiyarı yoxdur.

Ona görə də bu iki şeydalı aşiq sevgililər bir-birlərini görməyə həsrət qalmışdılar. Onlar görüş üçün çarə yolu axtarırdılar. Elə olmalı idi ki, həm şərt pozulmasın, həm də qızın valideyinləri bu görüşü başa düşməsin.

Qız hiylə işlədir və sevgilisinə belə sifariş göndərir ki, mən filan vaxt döşənəcəkləri təmizləmək üçün damın üstünə çıxacam. Sən də küçəyə gələrsən, bir-birimizi görərik.

Təyin olunmuş vaxt qız evin döşənəcəklərini götürüb, onları təmizləmək bəhanəsi ilə damın üstünə çıxır. Oğlan da küçəyə gəlib onun camalına tamaşa edir və aşiqanə şeir oxuyurdu.

Bu zaman böyük arif Molla Sədra küçədən keçir. O, bu əhvalatı görür və ağlamağa başlayır. Molla Sədra bu minvalla bir gecə-gündüz ucadan ağlayır. Kürəkəni, Feyz Kaşani ondan soruşur: - Nə üçün ağlayırsan?

Molla Sədra deyir: - Mən bu günləri bir oğlanı gördüm. O, öz məşuqəsi ilə çox sevinclə söhbət edirdi. Mənim ağlamağım ondan ötəridir ki, bütün bu illər ərzində dərs oxumuşam, fəlsəfə yazmışam və özümü Mütəal Allahın aşiqi bilirəm; ancaq gördüyüm bu oğlanın öz məşuqəsi ilə səfa və ürəkdən danışdığı kimi mən öz Allahımla danışa bilməmişəm. Ona görə də öz halıma ağlayıram.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031