Ən böyük və ən üstün İlahi vəzifə
Mьəllif: admin1
Tarix: 16-07-2019, 11:56
Ən böyük və ən üstün İlahi vəzifə
Bizim varlığımız Allahdan olsa da, lakin dünyaya gəlmə səbəbimiz ata və analarımızdandır. Biz bu iki əzizin həyat ağaclarının meyvələriyik.

İnsan unutqan bir varlıqdır və çox tez unudur ki, bir zamanlar aciz və gücsüz bir körpə idi, valideynləri onu böyük əziyyət və zəhmətlə boya-başa çatdırıblar. Əgər onların bu zəhmətinə təşəkkür etməzsə, bundan pis naşakürlük olmaz.

İnsanlıq və əxlaq tələb edir ki, bu iki əziz insanın həmişə xidmətində olaq. Həyatlarında onlara yaxşılıq edər və ölən zaman sədəqə və ehsanı əsirgəməyək. Bizim valideynlərimizə olan rəftarımızı gələcək nəsillər də bizə qarşı edəcəklər.

Valideynin haqqını vermək mümkünsüz bir işdir. Ancaq insan əlindən gələni etməlidir ki, onları şad etsin və özündən razı salsın.

Valideynin ali məqamı ilə hədislərdə daha yaxından tanış olaq:

Əmirəl-möminin (ə) buyurur: “Ən böyük və ən üstün İlahi vəzifə - ata və anaya yaxşılıq etməkdir”.

İmam Sadiq (ə) buyurur: “Ən üstün işlər ibarətdir:

1. Vaxtında qılınan namaz.

2. Ata və anaya yaxşılıq etmək.

3. Allah yolunda cihad etmək”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı əməl sahibi olan övlad mehribanlıqla ata və anasına baxarsa, hər bir baxışın qarşılığında ona kamil və qəbul olmuş bir həccin savabı verilər”.

İmam Rza (ə) buyurur: “Üç şey üç şeylə birlikdə yerinə yetməlidir:

1. Namaza zəkatla birlikdə əmr edilmişdir, ona görə də o kəs ki, namaz qılar və zəkat verməz – namazı qəbul olmaz.

2. Özünə şükür etməyi ata və anaya şükür etməklə birlikdə əmr etmişdir, ona görə də hər kim ata və anasına təşəkkür etməz – Allaha şükür etməz.

3. İlahi təqvaya sileyi-rəhmlə birlikdə əmr edilmişdir, ona görə də hər kim sileyi-rəhm etməz, İlahi təqvanı da yerinə yetirməmiş olar”.

İmam Sadiq (ə) buyurur: “Ata və anaya yaxşılıq etmək – Allah bəndəsinin layiqli mərifətinin nişanəsidir. Çünki heç bir ibadət, müsəlmanın Allaha xatir ata və anasının hörmətinə riayət etməsindən daha tez Allahın razılığına çatmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Allahın ata və ana barəsində əmr etdiklərinə itaət edər, behiştin iki qapısı üzünə açılar. Əgər Allahın əmrini onların biri barəsində yerinə yetirərsə, bir qapı açılar”.

Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, Allahın və ata-anasının mütisi olar – Qiyamət günü ən üstün yerdədir”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O kəs ki, ata və anasını razı salar – Allahı razı salmış olar. O kəs ki, ata və anasını qəzəbləndirər – Allahı qəzəbləndirmiş olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ömrünün uzun və ruzisinin çox olmasını istəyirsə, ata və anasına qarşı yaxşılıq etsin və sileyi-rəhmi yerinə yetirsin”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930