İsa Peyğəmbərin (ə) neçə möcüzəsi olub?
İsa Püyğəmbərin (ə) doğum günü münasibətilə o həzrətin Quranda və hədislərdə gələn möcüzlərini təqdim edirik:
Bu günlər İsa Məsihin doğum gününə təsadüf edir. Hər bir Peyğəmbərin zamanına və dövranına məxsus mğcüzələri olduği kimi İsa Peyğəmbərin də möcüzələri olub. Quranda həzrət Musa kimi bəzi Peyğəmbərin möcüzələrinin sayı qeyd edilib. Quran ayələrinə görə həzrət Musanın 9 möcüzəsi olub. Bəs İsa Peyğəmbərin neçə möcüzəsi olub? Ali-İmran surəsinin 49-cu ayəsində İsa Məsihin bəzi möcüzləri belə qeyd edilir: “Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.” Ayələrə və hədislərə əsasən İsa Məsihin möcüzlərin bunlardır: 1- Palçıqdan quş düzəltmək və ona can vermək 2- Anadangəlmə korun gözünü açmaq 3- Xəstəlikləri sağaltmaq, xüsusilə də vitiliqo xəstəliyi 4- Ölüləri diriltmək 5- Bəzi şəxslərin evlərində yediyi və evlərində yığıb saxladığı məhsulları və qidalar haqda xəbər vermək 6- Beşikdə ikən insanlarla söhbət etmək və Allahın Peyğəmbəri olduğunu demək 7- Atasız doğulmaq İslama görə, İsa Allahın bir peyğəmbəri olub. İsanın Allahın Oğlu olması islamda qeyri-mümkün bir olay kimi qəti şəkildə rədd edilir. İslama görə, İsa Allaha çox yaxın bir peyğəmbər olub. Nisa 157 və 158 –ci ayələrdə buyurulur: “Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Bu surədə "Onlar" yəhudilərə aiddir.” Ixlas surəsində buyurulur: (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: "(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!"İslaminSesi.info Oxşar xəbərlər
|