İnsan öz eyiblərini bu 4 yolla tanıya bilər
Feyz Kaşani buyurur: "Öz eyiblərini tanımaq üçün dörd yol vardır:
1. Elə bir alimin yanına gedin ki, nəfsin eyiblərindən xəbərdardır. Əxlaqın bəlalarını tanıyır. Onu öz nəfsinizə hakim edin və məsləhətlərindən faydalanın. 2. İmanlı və doğrunu deyən bir dost tapın və ondan istəyin ki, nəfsinizə nəzarət etsin, sizin hal və əməllərinizi qiymətləndirsin. Nə zaman nalayiq rəftar, gizli və aşkar eyiblərinizi görsəniz, ondan istəyin ki, sizə xəbər versin. Necə ki, Məsumlarımız (ə) deyirdilər: "Allah rəhmət etsin o kəsə ki, eyiblərimi mənə hədiyyə edər”. Çox təəssüf ki, belə dostlar bizim zəmanəmizdə çox azdırlar. Davud Tayi ikinci hicri ilinin ən böyük fəqih və zahidlərindən olmuşdur. Ona sual verirlər ki, niyə insanlardan kənara çəkilmisən? Deyir: "Mən o kəslərlə nə edim ki, günahlarımı məndən gizlədirlər?”. Bəli, dindar insanlar istəyir ki, başqaları ona nəsihət versin və eyiblərini aşkara çıxartsın. Ancaq çox təəssüf ki, bu gün elə bir yerə gəlib çatmışıq ki, bizim üçün o kəs ki, nəsihət verər – ən xoşagəlməz insandır. Çünki onun dedikləri bizi sevindirməz, əksinə - biz ona görə onunla mübarizəyə qalxarıq və onun öz eyiblərini axtarmasını söyləyərik. Ona kin bəsləyər və onunla düşmən olarıq. 3. İnsan öz eyiblərini düşməninin dilindən eşidər. Çünki hər bir insanın düşməni onun eyiblərini və büdrəmələrini özündən daha yaxşı bilir. Düşməni ona rəhm etməz və hər şeyi olduğunu kimi ona deyər. 4. İnsanlarla ünsiyyət qurar və onların rəftarlarına diqqət edər. O şeyi ki, bəyənməz həmin sifəti özündə də axtarar. Baxar görər ki, həmin sifət onda da vardırmı? Ona görə də Məsumlarımız (ə) buyurur ki, mömin, möminin aynasıdır. Öz eyiblərini başqalarına baxaraq görə bilər. Həzrət İsaya (ə) deyirlər ki, sənə ədəbi kim öyrədibdir? Buyurur: "Kimsə mənə ədəb öyrətməyibdir, ancaq mən cahilin cəhalətini görmüşəm və nəzərimdə bəyənilməyən olubdur və ondan uzaq olmuşam”. Eyni sualı Loğmana da verirlər və Loğman cavab verir ki, ədəbi ədəbsizlərdən öyrənmişəm”. /Deyerler.org/ Oxşar xəbərlər
|