İnsanlar Zəmanə Sahibini (ə.f) öz yanlarında bilsələr, yer və göy bərəkətlərini zahir edər
Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96).
Bu ayəyə əsasən, yerin və göyün öz bərəkətlərini əsirgməsənin əsil səbəbi – insanların təqvasız olmaqlarıdır. Bu məsələnin İmam Zaman ağanın (ə.f) qeybi ilə sıx rabitəsi vardır. Çünki təqvasızlıq o zaman meydana gəlir ki, müsəlmanlar İmamlarından (ə) uzaq düşürlər. Müsəlmanlar Məsum İmamın (ə) sayəsində mərifətlərini və elmlərini artırır, təqvalarını gücləndirirlər. İndi ki, zühur zamanı uzanmışdır, insanların qəlbi qəsavət bağlayıbdır və təqvasızlıq müsəlmanların ruhuna hakim olubdur. “Fərəc” duasında Allaha yerin və göyün bərəkətlərini bizdən əsirgədiyi üçün şikayət edir və deyirik: “Allahım! Bəla və müsibətlərimiz artmışdır. Çarəsizliyimiz aşkar olmuşdur. Ümidimiz naümid olmuşdur. Yer və göy rəhmətini bizdən götürmüşdür”. Bəli, qeyb əsrində İmamın (ə.f) uzaq olması insanların iman və təqvadan uzaqlaşmasına səbəb olmuşdur. Nəticədə isə təqvasızlıq sayəsində yerin və göyün zahiri və batini nemətlərindən məhrum olmuşuq. Yuxarıdakı ayəyə əsasən, əgər Əhli-Beyt (ə) davamçıları İmam Zamanlarına (ə.f) diqqət etsələr, onu öz yanlarında hiss etsələr və təqvalı olsalar, insanların bu imanı sayəsində yer və göy öz bərəkətini nazil edəcəkdir. Zühurun intizarı ilə! /Deyerler.org/ Oxşar xəbərlər
|