“Qədr” surəsi vasitəsilə xəstəlikdən necə müalicə olunmaq olar?
Mьəllif: admin1
Tarix: 27-12-2016, 22:04
“Qədr” surəsi vasitəsilə xəstəlikdən necə müalicə olunmaq olar?
İmam Əli (ə) buyurur: “Hər bir şeyin meyvəsi vardır və Quranın meyvəsi də “Qədr” surəsidir. Hər bir şeyin xəzinəsi vardır və Quranın xəzinəsi “Qədr” surəsidir. Hər şeyin asan yolu vardır və ümidsizlər üçün asan yol - “Qədr” surəsidir. Hər bir şeyin isməti vardır və möminlərin isməti “Qədr” surəsidir. Hər şeyin hidayəti vardır və salehlərin hidayəti “Qədr” surəsidir. Hər şeyin sərvəri vardır və Quranın sərvəri “Qədr” surəsidir. Hər şeyin zinəti vardır və Quranın zinəti “Qədr” surəsidir. Hər şeyin müjdəsi vardır və insanların müjdəsi “Qədr” surəsidir. Hər şeyin hüccəti vardır və Peyğəmbərdən (s) sonra hüccət “Qədr” surəsidir. Ona görə də ona iman gətirin”. (Tebyan)
Qədr surəsi Quranın 97-ci surəsidir və Məkkidir (Məkkədə nazil olmuşdur). 5 ayəsi vardır.
İmam Baqir (ə) buyurur: “Hər kim Qədr surəsini yüksək səslə oxuyar, ona bənzəyər ki, qılıncını Allah yolunda çəkər. Hər kim bu surəni yavaş səslə oxuyar, ona bənzəyər ki, Allah yoluda qanına boyanmışdır. Hər kim bu surəni 10 dəfə oxusa, Allah günahlarını məhv edər və aradan aparar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini vacib namazlarında oxuyarsa, onu Allah tərəfindən səsləyən səsləyər və deyər: “Ey Allah bəndəsi! Allah sənin keçmiş günahlarını bağışladı, ona görə də əməllərinə yenidən başla””.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyarsa, ona Ramazan ayının oruc tutanın və Qədr gecəsinin əhya saxlayanın savabı verilər”.
İmam Rza (ə) buyurur: “Hər kim mömin qardaşının qəbirinin yanında əlini qəbrin üstünə qoyar və 7 dəfə «Qədr» surəsini oxuyar, Qiyamət gününün qorxusundan amanda qalar”.
Əmirəl-möminin (ə) buyurur: “Hər kim günəş çıxmamışdan qabaq “Tövhid” və «Qədr» surəsini oxuyarsa, həmin günü günah ona üz çevirməz, baxmayaraq ki, şeytan və İblis nə qədər səy etsə də”.
İmam Kazım (ə) buyurur: “Cümə günü Allah üçün min rəhmət hədiyyəsi vardır ki, hər bir bəndəyə bu rəhmətdən bir qədər əta edər. Hər kim cümə gününün zöhründən sonra yüz dəfə «Qədr» surəsini oxuyarsa, Allah bütün min rəhmət hədiyyəsini ona verər”.
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü möminlərlə üz-üzə dayanan nur - «Qədr» surəsinin nurudur”.
İmam Baqir (ə) buyurur: “Hər kim hər gecə «Qədr» surəsini yüz dəfə oxuyarsa, səhər başlamamışdan qabaq behişti görər”.
Borcu qaytarmağa yardım edər. İmam Əli (ə) buyurur: “İnsanın ən yaxşı rəfiqi «Qədr» surəsidir ki, onun vasitəsilə borcunu qaytara bilər”.
Dərdlərin dərmanıdır. İmam Sadiq (ə) buyurur: “Hər kimin dərdi varsa, yeni bir kuzə götürsün və içinə su töksün. Sonra «Qədr» surəsini tərtil üslubu ilə (aram-aram, aydın və tərtiblə) 30 dəfə həmin suya oxusun. Sonra həmin sudan içsin və onunla dəstəmaz alsın. Onun vasitəsilə başına və üzünə məsh çəksin. Hər nə qədər bu sudan azalsa, üstünə əlavə etsin. Üç gün keçməz ki, Allahın izni ilə dərdi dərman tapar”.
Göz görməsinə xeyirdir. İmam Sadiq (ə) buyurur: “Hər kim «Qədr» surəsini suya oxuyar və həmin sudan içərsə, Allah gözünə nur gətirər”.
Övlad sahibi olmaq, doğumun yüngül olması, qaraciyərin müalicəsində, rahat yuxu üçün, duaların qəbul olması və günahın bağışlanması üçün də bu surəni oxumaq məsləhət görülür. Hər kim bu surəni sübh namazından sonra 10 dəfə oxuyarsa, Allahın qüdrətini müşahidə edər. Hər kim hacəti niyyətilə bu surəni 360 dəfə oxuyarsa, yerinə yetər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031