Ən adil və ən güclü kimdir?
Həzrət Musa (ə) Allah Təalaya deyir: “Ya Rəbbim! Sənin bəndələrindən kim daha güclüdür?”.
Buyurur: “O kəs ki, Mənim verdiyimə qənaət edər”. Soruşur: “Kim daha adildir?”. Buyurur: “O kəs ki, özündən insaf göstərər”. (Erfan) Allahın Peyğəmbəri (s) buyurur: «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə, camaatla da o cür rəftar etsin». İmam Əli(ə) buyurur: «Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir». İmam Əli (ə) buyurur: «Heç bir xəzinə qənaət qədər zəngin deyil». İmam Əli (ə) buyurur: «İffrətin kökü qənaətdir, meyvəsi isə qəm-qüssənin azalması». İmam Sadiq (ə) buyurur: «Mən mötədil (qənaətcil) olanın yoxsul olmayacağına zəmanət verirəm». İmam Əli (ə) buyurur: «Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran». İmam Əli (ə) buyurur: «Ən böyük savab – insafın savabıdır». İmam Əli (ə) buyurur: «Qüdrətin zəkatı inşafdır». /Deyerler.org/ Oxşar xəbərlər
|