Mələklərin təəccüb etdiyi iki müsəlman
Mьəllif: admin1
Tarix: 28-05-2022, 20:53
Mələklərin təəccüb etdiyi iki müsəlman
İmam Baqir (ə) buyurur: “Salamı başlayan üçün 70 savab vardır”.

Hədislərə görə onu alana bir savab verilər.

“Salam” – Allah Təalanın Cəlal adlarından biridir. Yəni Allah insanların bir-biri ilə rabitə amilidir. Bu rabitələri Ona olan məhəbbət və sevgi ilə qurmaq lazımdır. Rabitə qurmaq dəyərli bir əməldir, çünki Allaha nisbət verilir.

Peyğəmbəri-Əkrəm (s) salam vermək mədəniyyəti haqqında müxtəlif məqamlara toxunmuşdur. Bu hədislərdən bir neçəsinə işarə edək.

Deyləmi “İrşadi qulub” kitabında nəql edir: “Allahın Peyğəmbəri (s) yoxsul və sərvət sahibi ilə eyni cür salamlaşardı və əlini çəkməzdi. O zamana qədər ki, qarşı tərəf əlini çəkərdi. Kimi gördü, salam verərdi”.

Həzrət Peyğəmbər (s) buyurur: “Salamı aşkar edin ki, (yəni yüksək səslə deyin ki) dostluq əlaqələriniz möhkəm olsun”.

Salam vermək müstəhəb, almaq isə vacibdir. Salam vermək o qədər mühümdür ki, mələklər onu verməyən müsəlmanın işinə görə təəccüb edərlər.

Məhəccətul-Bəyda əsəri (cild-3, səh-382) Məhəmməd Peyğəmbərdən bu haqda maraqlı bir hədisi nəql edibdir.

Allahın Rəsulu (s) buyurub: “Mələklər təəccüb edərlər o müsəlmanın rəftarından ki digər bir müsəlmanla qarşılaşar amma salam verməz”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031