BAĞIŞLANMIŞ GÜNAH VƏ QƏBUL OLMUŞ YAXŞILIQ
Mьəllif: admin1
Tarix: 1-01-2017, 00:55
BAĞIŞLANMIŞ GÜNAH VƏ QƏBUL OLMUŞ YAXŞILIQ

Xalqın hüququnu pozanlar yalnız xalqın razılığı ilə bağışlanıla bilər
BÜTÜN GÜNAHLARIN BAĞIŞLANMASI

İmam Sadiq (ə) buyurur: «İman qardaşına cəfa etməkdən başqa hər bir günah bağışlanar». Qurani-Kərimdə isə belə buyurulur: «Şübhəsiz ki, Allah özünə şərik qoşanları əfv etməz. Bundan başqa istədiyi günahı bağışlar». («Nisa» surəsi, ayə 48.) Ayədən göründüyü kimi şirk istisna olmaqla bütün günahlar bağışlana bilər. Əlbəttə ki, insan tövbə etmədən dünyadan müşrik gedərsə bağışlanmaz.
Bəs başqa günahlar necədir? İnsan dünya həyatında bu günahlara tövbə etməzsə bağışlana bilərmi? «Nisa» surəsinin 31-ci ayəsində kiçik günahlar haqqında buyurulur: «Əgər qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli mənzilə çatdırarıq». «Nəcm» surəsinin 32-ci ayəsində oxuyuruq: «Kiçik günahlar istisna olmaqla böyük günahlardan çəkinib yaxşılıq edənlər bağışlanar».
Bəli, insan böyük günahlara yol verməyib kiçik günahlarda israr etməzsə, tövbə etməsə də kiçik günahları bağışlanar. Sözsüz ki insan tövbə etdiyi təqdirdə böyük günahlar da bağışlanar. Pis odur ki, insan dünyadan tövbə etməmiş gedə. İmam Sadiqin (ə) buyuruğunda nəzərdə tutulmuş günahın bağışlanmasına da ümid var. Sadəcə əzab və bağışlanma üçün can vermə, qəbr, bərzəx, qiyamət kimi mərhələlər vardır. Müxtəlif günahlar müxtəlif mərhələlərdə bağışlana bilər. O günahlara ki daha çox diqqət verilib, bunlar yüz illər əzabdan sonra bağışlanması mümkün olan günahlardır.

Din qardaşları ilə pis rəftar onların hüququnu pozmaq deməkdir. Xalqın hüququnu pozanlar isə yalnız xalqın razılığı ilə bağışlanıla bilər. İmam Sadiq (ə) xalqın razılığı şərt olduğu üçün bu günahın bağışlanmayacağını bildirir.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930