Həya nədir? Həyanın beş dərəcəsi
Mьəllif: admin1
Tarix: 21-09-2019, 10:16
Həya nədir? Həyanın beş dərəcəsi
İman və həya bir-birindən ayrılmaz sifətlərdir.

Həzrət Peyğəmbər (s) buyurur: “İman çılpaq bir bədəndir ki, libası həyadır”.

Bu gün müasir cəmiyyətdə meydana gələn bir çox ictimai problemlərin kökündə həya sifətindən uzaq olmaq durur.

Çünki bu sifət cəmiyyətin sağlam və gözəl əxlaqa malik olmasına səbəb olan gözəl siftlərdəndir, əgər olmazsa və aradan gedərsə, cəmiyyəti məhvə aparar.

O cəmiyyətdə ki, həya rəngsizləşər, insanlar ziyana düşərlər. Nəinki inkişafdan geri qalar, ağır qəm və qüssə hər tərəfini əhatə edər.

Həya olmayan yerdə iman da olmaz. Həzrət Peyğəmbər (s) buyurur ki, insan ilk əvvəl Allahdan həya etməlidir.

Həzrət (s) belə deyir: “Allahdan o cür ki, layiqlidir, həya edin. Heç biriniz yatmayın, məgər o halda ki, ölümünüzü gözünüzün önündə görün. Başınızı və onda olanları (gözü və qulağı) günahdan qoruyun.

Qarnınızı və onda olanları (haram maldan) qoruyun. Qəbiri və qəbirdə cürüməyi yadınıza salın. Hər kim axirəti istəyər, gərək onun zinəti ilə bəzənsin”.


Həya əhlinin bütün varlığı xeyirlə doludur. Çünki Allahdan həya etdiyi üçün nəfsini günaha batırmaz və həyasına görə başqalarına ziyan vurmaz, haqlarını tapdalamaz.

Hər kim həya silahı ilə silahlanar, ruhi xəstəlikləri özünə yol verməz.

Həzrət Peyğəmbər (s) bizlərə həyanın beş dərəcəsini tanıtmışdır ki, onlarla tanış olaq:

1. Həyanın ən alçaq dərəcəsi avam insanlara aiddir və günaha mane olar.

2. Təqsiri həya. Bu mənada ki, insan həya edər, birdən elə bir əmələ düçar olar ki, təqsirkar olar.

3. Kəramət həyası. Kəramət və izzət, günaha batmağın qarşısını alar.

4. Məhəbbət həyası. İlahi məhəbbətin insan qəlbinə nur saçmasından qaynaqlanır və haqla müxalifətlik etməyə icazə vermir.

5. Heybət həyası. Bu həyanın səbəbi aləmlərin Xaliqinə təslim olmaqdan irəli gəlir.

İmam Sadiq (ə) buyurur: “Həya iki növdür: ağıl həyasıdır ki, insanı yanlış danışmaqdan və əməl etməkdən saxlayar. Cahilcəsinə həyadır ki, insanı təkamüldən saxlayır”.

Beləliklə deyə bilərik ki, həya hansı dərəcədə olursa-olsun, əgər ağıl həyasıdırsa insanı mütləq günahdan və yanlış əməllərdən saxlayacaqdır.

Ona günaha batmağa mane olacaqdır. Ona görə də bu, həqiqətdir ki, həya olan yerdə iman da olar. Həya iman üçün şərait yaradar və onun qəlblərə nüfuz etməsinə yardım edər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930