İmam Hüseyni (ə) böyük həvəslə Kufəyə dəvət edənlər nə üçün ondan üz döndərdilər?
Mьəllif: admin1
Tarix: 5-08-2022, 10:28
İmam Hüseyni (ə) böyük həvəslə Kufəyə dəvət edənlər nə üçün ondan üz döndərdilər?
Cavab: Kufədən imama gələn dəvət məktubları o qədər çox idi ki, Kufədə inqilabi əhvali-ruhiyyə olduğunu güman etməyə əsas vardı. Məktubların sayı on iki mini keçmişdi. (“Biharul-ənvar”, c,44 s. 344.)

Amma hadisələrin gedişatından məlum olur ki, bu məktubların böyük bir hissəsi maddi təmənnalı insanlar tərəfindən yazılıbmış. Bu admların çoxu Yezidin təzyiqləri və şirin vədlərindən sonra imam Hüseynə (ə) qarşı mövqe tutdular.

Bəli, bu adamların qəlbi imam Hüseynə meyl etdiyi halda, qılıncları ona doğru uzanmışdı. (“Tarixe Təbəri”, c. 4, s. 306.)

İmamı dəvət edənlər arasında Həbib ibn Məzahir kimi xalis şiələr azlıq təşkil edirdi. Kufə əhlinin çoxunu imama üz tutmağa vadar edən son iyirmi ildə əməvilərdən gördükləri zülm-sitəm idi. Bəziləri isə, sadəcə, Kufənin əvvəlki əzəmətini geri qaytarmaq üçün imamın (ə) gəlişini dəstəkləyirdilər.

İmamı dəvət edənlər arasında öz nüfuzunu qorumaq uğrunda çalışan qəbilə başçıları da vardı.

İbn Ziyad Yezidin əmri ilə Kufəyə daxil olduqdan sonra rahat nəfəs alan Əməvi tərəfdarları onun başına toplaşdılar. İbn Ziyad Kufəyə daxil olan xalqın an imam Hüseynə (ə) olan rəğbətini hiss etmişdi.

O, şəhərə başında qara əmmamə, üzü örtülü şəkildə girdiyindən əhali onun imam Hüseyn (ə) olduğunu zənn edib, qarşılamağa çıxmışdı. (“Vəqətül-təf”, s.109.)

Təhlükəni dərindən hiss edən ibn Ziyad Bəsrə təcrübəsini işə salaraq, tərəfdarlarının köməyi ilə qiyamı yatırmaq üçün fəaliyyətə başladı. Qəddar hakim üçün həqiqi şiələrin azlıq təşkil etdiyi cəmiyyəti susdurmaq çətin olmadı.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031