Allah batili haqq kimi tanıtmaz
Mьəllif: admin1
Tarix: 10-06-2023, 12:12
Allah batili haqq kimi tanıtmaz

Allahın Peyğəmbəri(s) buyurur: «Ümmətim üçün üç şeydən – (Haqqı və ya haqq yolu) tanıyandan sonra azğınlığa düşməkdən, azdırıcı fitnələrdən, qarınqululuq və şəhvətpərəstlikdən qorxuram».

İmam Baqir (ə) və ya İmam Sadiq (ə) buyurur: «Allah Yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı, haqq ilə batil bir-birindən seçilməzdi».

İmam Sadiq (ə) buyurur: «Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb».

«Haqq gəldi və batil yox oldu. Həqiqətən batil yoxluğa məhkumdur». ("İsra", ayə 81)

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Bundan qeyrisi deyildir ki, Allah və şeytan – haqdır və batil, hidayətdir və zəlalət, inkişafdır və yolunu azmaq, yaxşılıqlardır və pisliklər. Hər nə yaxşıdır – Allahdandır və hər nə pisdir – həmin məlun şeytandandır”.

İmam Əli (ə) buyurur: «Əgər batil haqq ilə qarışmasa o, haqq axtaranlara gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa, onun düşmənlərinin dili kəsilər. Lakin bir ovuc ondan və bir ovuc da bundan götürülür. (Beləliklə hərəsindən bir az götürülməklə haqq ilə batil bir-birinə qarışır və nəticədə şübhə meydana çıxır)».

«Xeyr, Biz haqqı batilin üzərinə salarıq, beləliklə onu yox edər və batil məhv olar. Vəsf etdiklərinizə görə vay olsun sizə!». ("Ənbiya", ayə 18)

İmam Sadiq (ə) buyurur: «Allah batili haqq kimi tanıtmaz. Allah haqqı möminin qəlbində şəkk-şübhə edilməyən batil kimi göstərməz. Allah batili haqq ilə mübarizə aparan kafirin qəlbində şəkk-şübhə edilməyən haqq kimi göstərməz. Əgər belə etməsəydi, haqq batildən seçilməzdi».

İmam Sadiq (ə) buyurur: «Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz».


/Deyerler.org /
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930