Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Mьəllif: admin1
Tarix: 26-06-2020, 09:02
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Həzrət Peyğəmbərə (s) və Əhli-Beytə (ə) salavat göndərmək əslində həmin bəndənin özü üçün rəhmət istəməsidir. Çünki, Məsumlar (ə) bizim üçün İlahi feyz mənbəyidirlər. Əgər onlara salavat göndərməsək, özümüzü bu feyzdən məhrum etmiş olarıq.

Həzrət Peyğəmbərə (s) salavat göndərmək əməllərin paklanmasına və qəbul olunmasına səbəb olar. Həmçinin günahların kəffarəsi, Qiyamət günü nurani olmaq amili və behiştə yol tapmaq vasitəsidir.

İnsanın bu dünyada rastlaşdığı haqlar iki cürdür: Allahın haqqı və insanların haqqı. Allahın haqqı odur ki, Allah bəndəsindən onu yerinə yetirməsini və ya tərk etməsini istəmişdir.

İnsanların haqqı isə odur ki, insan bu haqları başqalarına görə riayət etməlidir.

İmam Əli (ə) nurani hədisdə günahları üç dəstəyə bölür və buyurur: “Zülm üç cürdür: birinci zülm odur ki, bağışlanılmaz, (ikincisi) o zülmdür ki, boş buraxılmaz və (üçüncü) zülm odur ki, bağışlanılar. O zülm ki, bağışlanılmaz – Allaha olan şirkdir.

O zülm ki, bağışlanılar – insanın özünə və Allaha etdiyi zülmdür. Ancaq o zülm ki, boş buraxılmaz – insanların haqqıdır ki, cəzası şallaq vurmaqdan və qılıncla yaralamaqdan daha şiddətlidir”.

Hər bir müsəlman çalışmalıdır ki, Allahın onun boynuna qoyduğu vəzifləri və haqları düzgün yerinə yetirsin və bu yolda səy göstərsin. Namazını qılsın, orucunu tutsun və vacib mali borcunu ödəsin.

Salavat elə bir zikrdir ki, dünya bərəkətləri gətirdiyi kimi, axirətdə də insana yardım edər. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Qiyamət günü mənə ən yaxın insan odur ki, mənə çoxlu salavat göndərər”.

Bu hədisə görə, salavat Qiyamət günü bəndənin Həzrətə (s) yaxın olmasına səbəb olan amildir. Nəticədə də insan İlahi rəhmətə səbəb olar, Peyğəmbərin (s) şəfaətinə nail olar.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, mənə bir dəfə salavat göndərər, onun üçün zərrə qədər günah qalmaz”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənə çoxlu salavat göndərin ki, mənə salavat göndərmək qəbirdə nur, Sirat körpüsündə nur və behiştdə olan nurdur”.

Həzrət (s) buyurur: “O kəs ki, mənə bir dəfə salavat göndərər, mələklər ona salavat göndərər. O kəsə ki, mələklər salavat göndərər, Allah ona salavat göndərər. O kəsə ki, Allah Təala salavat göndərər, yerdə və göydə elə bir şey qalmaz, məgər o halda ki, ona salavat göndərər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, mənə salavat göndərər, Allah ona salavat göndərər. O kəsə ki, Allah salavat göndərər, əbədi olaraq onu atəşlə əzab etməz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930