Həmd surəsində bu hərflər nə üçün yoxdur?
Rum qeysəri Bəni Abbas xəlifəsinə belə bir məktub yazdı: “Biz İncil kitabında görmüşük ki, hər kəs həqiqət üzündən onda yeddi hərf olmayan bir surəni oxusa, Allah Taala ona cəhənnəm oduna atmaz.
O yeddi hərf bunlardır: sə (ث), cim (ج), xa(خ) , zə(ز) , şin(ش) , za(ظ) , fə(ف) ”. Biz nə qədər araşdırsaq da Tövrat, Zəbur və İncil kitablarında belə bir surə tapa bilmədik. Sizin səmavi kitabınızda belə bir surə varmı? Abbasi xəlifəsi bütün alimləri topladı və bu məsələni onlara açdı. Onlar araşdırma və müzakirələr aparsalar da bu suala cavab tapa bilmədilər. Nəhayət, bu sualı imam Hadidən (ə) soruşdular. Həzrət cavab verib buyurdu: “Bu, Həmd surəsidir. Həmd surəsində bu yeddi hərf yoxdur”. Bu yeddi hərfin Həmd surəsində olmamasının hikmətini soruşduqda imam buyurdu: “Sə hərfi səbur (həlak olmaq), cim hərfi cəhənnəmin adlarından biri olan Cəhim, xa hərfi xəbis, zə hərfi zəqqum (cəhənnəmdə çox acı və zəhərli meyvəsi olan bir ağac), şin hərfi şəqavət (bədbəxtlik), za hərfi zülmət (qaranlıq) fə hərfi isə afətə (bəla və zərər) işarədir”. Xəlifə həzrətin cavabını Rum qeysərinə yazdı. Qeysər məktubu oxuduqdan sonra çox sevindi. O, İslamı qəbul edib müsəlman oldu və müsəlman olduğu bir halda vəfat etdi. Oxşar xəbərlər
|