Uzun arzu niyə pisdir? Uzun arzulardan xilas olmağın yolları
Mьəllif: admin1
Tarix: 22-12-2021, 10:56
Uzun arzu niyə pisdir? Uzun arzulardan xilas olmağın yolları
Müasir cavanların ən böyük məşğuliyyəti uzun arzular qurub ona çatmaqdır. Arzu etmək insanı fəaliyyət göstərməyə təhrik edən ən mühüm amillərdəndir.

Ancaq dinimiz uzun arzular qurmağı bəyənmir, çünki uzun arzular insanı asanlıqla şeytanın tələsinə sala bilər.

İmam Əli (ə) buyurur: «Kimin arzusu uzun-uzadı olsa, əməli az və qısa olar».

İmam Əli (ə) buyurur: «Uzun arzu axirəti insanın yadından çıxarır».

Əl-Kafi: «Allah Musaya xitab edərək buyurdu: «Ey Musa! Dünyada uzun arzular etmə ki, qəlbin bərkiyər və qəlbi bərk olan insan Məndən uzaqdır».

Allahın Peyğəmbəri (s) İbn Məs’uda buyurdu: «Arzunu qısa et və səhər açılanda de: “Mən axşama çıxmayacağam” və axşam düşəndə de: “Səhərə kimi sağ qalmayacağam”. Dünyadan ayrılacağına ciddi hazırlaş və Allaha qovuşmağı sev».

İmam Əli (ə) buyurur: «Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs, arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir».

Bəs uzun arzulardan necə xilas olaq?

Quran bizlərə bunun üçün bir neçə çıxış yolları təqdim edir ki, onların bəzisi ilə tanış olaq:

1. Ümid. İnsan əgər İlahi rəhmətə ümid bəsləyərsə və ondan namümid olmazsa, uzun arzularına qalıb gələ bilər. Ümid insanı kamala doğru aparır və əgər insanın ümidi olmazsa kamala çata bilməz.

2. Təvəkkül. Allaha təvəkkül etmək insana öyrədir ki, ondan da üstün bir varlıq vardır və ona söykənmək olar. Çünki O, məğlubedilməz bir dayaqdır. O, mümkünsüzləri mümkün edə bilir. Hər kim Ona təvəkkül edər, arzularına da diqqət edər.

3. Sağlam təfəkkür. İslam bizlərə təfəkkür etməyi və düşünməyi tövsiyə edən kamil bir dindir. İnsan əgər sağlam düşünərsə qeyri-əqli hisslərini məntiqli hisslərindən ayıra bilər və xəyala qapılmaz. O insan ki, səadətə çatmaq istəyir, gərək bu yolda çarə düşünsün.

Təfəkkür etmək arzuları qısaldar və hədəfini müəyyən edər.

4. Dua. Allah Təala Özü ilə bəndələri arasında olan rabitəyə xüsusi diqqət edir. Baxmayaraq ki, bəndələrinin qəlbində olanlardan agahdır, ancaq istəyir ki, bəndəsi Ona üz tutsun və Ondan istəsin. Onunla söhbət edib rabitə qursun.

O kəs ki, Allahla raz-niyaz etməyi bacarır, arzularını uzun etməz. Çünki bilir ki, Allah onun arzularını və hacətlərini yerinə yetirəcəkdir. Ona görə də uzun arzular qurmağa ehtiyac qalmaz.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031