Yeməyin ədəbi və qaydaları
İmam Rza (ə) buyurur: «Kim sağlam, həmçinin arıq və çevik bədən sahibi olmaq istəyirsə, axşam yeməyini azaltsın».
Allahın Peyğəmbəri (s) buyurur: «Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür». Allahın Peyğəmbəri(s) buyurur: «Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar». Allahın Peyğəmbəri(s) buyurur: «Mömin öz ailəsinin istəyi ilə yemək yeyir, münafiqin ailəsi isə onun istəyi ilə yeyir». İmam Əli (ə) buyurur: «Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükür etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz». İmam Əli (ə) buyurur: “İsti yeməyi soyudun. Çünki Peyğəmbərin (s). qabağına isti yemək qoyulduqda, o Həzrət (s) buyurdu: “Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir””. İmam Əli (ə) buyurur: «Yeməyinizi duzla başlayın. Çünki əgər camaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı». İmam Sadiq (ə) buyurur: «Kim yeməkdən əvvəl və sonra əllərini yusa, həmin yeməyin əvvəlində və axırında ona bərəkət verilər və nə qədər ki, sağdır, rifah halında yaşayar və cismani xəstəlikdən amanda qalar». İmam Sadiq (ə) buyurur: «Qablarınızı qapaqsız qoymayın. Çünki qabların ağzı örtülü olmayanda şeytan onlara ağız suyu atır və onların içindən istədiyini götürür». İmam Sadiq (ə) Peyğəmbərin (s) qadağan etdiyi şeylər barəsində atalarından nəql etdiyi hədisində buyurur: «Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib». (“Mizanul-hikmət”) /Deyerler.org/ Oxşar xəbərlər
|