Yüksək əxlaqa malik olmaq üçün Loğmanın nəsihətləri
Mьəllif: admin1
Tarix: 4-06-2023, 14:23
Yüksək əxlaqa malik olmaq üçün Loğmanın nəsihətləri
İnsan həmişə yaxşı işlərə tərəf meyil edəndir. Loğman Həkim bizlərə gözəl əxlaqa çatmağın yollarını tövsiyə edir ki, onlara nəzər salaq:

1. Nəsihət. İnsan gərək başqalarının yaxşı sözlərini qəbul etməyə adət etsin. Onlardan xeyir əməllər öyrənsin. Aqil insan hər kəsdən bir şey öyrənər.

Tərbiyə sahəsində nəsihət və moizə eşitməyin böyük rolu vardır. Ona görə də peyğəmbərlər (ə) moizə edərdilər ki, ölmüş qəlbləri diriltsinlər.

Loğman da oğluna nəsihət verir və deyir: “Oğlum! Nəsihətə əməl et ki, nəsihət aqil üçün baldan da ləzzətli, nadan üçün qoca kişinin pilləkəndən yuxarı qalxması kimi çətindir”.

2. Ədəb. Hər bir insan ədəbi kiçik yaşlarından öyrənər. Uşağın öyrəndiyi ədəb onun qəlbinə bir möhür kimi həkk olunar.

İmam Sadiq (ə) Loğmanın dili ilə buyurur: “Oğlum! Əgər uşaqlıqda ədəb öyrənmisənsə, böyüyən zaman ondan bəhrə apararsan”.

3. Sükut. İnsan gərək az və seçilmiş danışmağı öyrənsin. Nə qədər çox danışarsa, xata və səhvləri də çox olar. O zaman ki, insan sükut edər, qəlbi daha aram olar, düzgün təfəkkür etməyi bacarar.

Loğman oğluna deyir: “Oğlum! Əgər elə bilirsən ki, söz gümüşdür, həqiqətən də sükut – qızıldır”.

4. Əxlaq – dindarlığın nişanəsidir. Dinimizin nəzərinə görə əxlaq dindarlıqla, həya ağılla qarışmışdır, heç bir zaman bir-birindən ayrılmır. Ona görə də biri olmazsa, o birisinin dəyəri olmaz.

Loğman oğluna deyir: “Oğlum! Hər bir şeyin nişanəsi vardır ki, onunla tanınar. Dinin üç nişanəsi vardır: iffət, elm, səbir”.

5. Özünə nəzarət etmək. Loğman oğluna deyir: “Oğlum! Bil ki, mən 400 peyğəmbərə xidmət etmişəm və onların kəlamlarından dörd sözü başa düşmüşəm:

1. Nə zaman namazdasan, qəlbini qoru.

2. Nə zaman insanların arasındasan, dilini qoru.

3. Nə zaman kiminsə evindəsən, gözlərini qoru.

4. Nə zaman süfrə başındasan, boğazını qoru”.

6. Qənaət. Loğman deyir: “Oğlum! Ehtiyacsızlığı qəlbində qərar ver, nə zaman ehtiyaclı olsan, insanları ondan agah etmə ki, onların yanında dəyərsiz olarsan. Əksinə, Allahın bərəkət dənizindən istə”.

7. Təqva. Loğman deyir: “Oğlum! Təqva – ən faydalı ticarətdir. Əgər səndə bir günah baş versə, bağışlanmaq istəmək və peşman olmaq ardınca ol”.

8. Çirkin rəftarlardan çəkinmək. Loğman deyir: “Oğlum! İnsanlarla dalaşma ki, mənfur olarsan. Özünü yüngül etmə ki, zəlil olarsan. Özünü şirin etmə ki, alçalarsan. Özünü acı etmə ki, kənara atılarsan”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930