Beş məsələni 700 alimdən soruşdum, eyni cavabı aldım
İkinci hicri əsrinin tanınmış sufi alimlərindən olan Şəqiq bin İbrahim Bəlxi (vəfat ili 195 h.q) deyir:
Beş məsələni yeddi yüz alimdən soruşdum, hamısı eyni cavabı verdi; Dünya Malı. 1. Soruşdum: Aqil (ağıllı) kimdir? Dedilər: Dünyaya könül bağlamayan kəs. 2. Soruşdum: Zirək kimdir? Dedilər: O kəs ki, dünya onu məğrur etməyib. 3. Soruşdum: Ehtiyacsız kimdir? Dedilər: Allahın verdiyinə razı olan kəs. 4. Soruşdum: Fəqir kimdir? Dedilər: Daim artırmaq fikrində olan kəs. 5. Soruşdum: Simic kimdir? Dedilər: Allahın haqqını ödəməyən kəs. Oxşar xəbərlər
|