Allah bu altı işə görə xilqətinə tövfiqat vermir
İkinci hicri əsrinin tanınmış sufi alimlərindən biri Şəqiq bin İbrahim Bəlxi (vəfat ili 195 h.q)deyir:
“Allah tövfiqatını bəzi məxluqlara (insanlara) vermir. Bunun altı səbəbi var. 1- İnsanların başları nemətlərə qarışıb, şükr etmək yaddan çıxıb. 2- İnsanlar elmə rəğbət edir, əməl yaddan çıxır. 3- Onlar günaha tələsir, tövbəni isə təxirə salırlar. 4- Saleh insanlarla birgə olmaq arzusundadırlar, amma onların əməllərinə iqtida etmirlər (onların etdiyini etmir) 5- Dünya onlara arxa çevirir, onlar isə dünyanın dalınca qaçırlar. 6- Axirət onlara sarı gedir, onlar isə axirətdən üz döndərirlər. Oxşar xəbərlər
|