NAMAZIN DÜNYA VƏ AXİRƏT FAYDALARI
Mьəllif: admin1
Tarix: 9-01-2017, 20:43
NAMAZIN DÜNYA VƏ AXİRƏT FAYDALARI

Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!
Namaz həm insanın maddi həyatını zənginləşdirən, həm də axirət səadətini təmin edən bir ibadətdir. Yazımızın bu hissəsində namazın dünya və axirət faydalarından söz açmağı lazım bilirik.

NAMAZ QƏLBİN TƏSKİNLİYİDİR
Namaz çox mahiyyətli bir ibadətdir. Belə ki, bu ibadət həm insanın dünyasını, həm də axirətini abad edir. Namazın insan cisminə xeyri olduğu kimi, ruhuna, mənəviyyatına da böyük təsir bağışlayır. Sıxıntılar qarşısında əzab çəkən insan heç bir vasitə ilə aram olmadıqda Allaha etdiyi bir neçə dəqiqəlik ibadət onun ruhiyyəsini təmamilə dəyişir və ona yeni ruh təskinliyi bağışlayır. Qurani-kərimdə qəlbə rahatlıq bəxş edə bilən şeyin yalnız namaz olduğu xatırladılır:
“O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (“Rəd”, 28.)

Başqa bir ayədə isə Allah insanların çətin bir vəziyyətə düşməsini, özlərinə zülm etmələrini xatırladaraq nicatlarının yalnız namazda olduğunu buyurur:

“O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!” (“Ali-İmran”, 135-136.)

Rəvayətlərdən də məlum olur ki, möminlərin qəlbinin sevinci, könüllərinin şad olması Allahın zikri ilə bağlıdır. İmam Sadiq (ə) belə nəql edir:
“Allah Davud peyğəmbərə (ə) buyurdu: “Mənimlə (məni xatırlamaqla) şad ol, məni xatırlamaqla sevin və mənimlə münacat etmək nemətindən faydalan”. (“Mizanul-hikmət”, hədis. 20035.)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930