İnsanların dualarının qəbul olmasının qarşısını alan şəxs
Mьəllif: admin1
Tarix: 28-08-2018, 08:51
İnsanların dualarının qəbul olmasının qarşısını alan şəxs
Bəzi şəxslərin ucbatından insanların duaları Allah dərgahında qəbul olmaz. O şəxs kimdir və hansı əməlin sahibidir?

Biharul-Ənvar əsərində (c-75, səh-268) Peyğəmbərdən nəql olunan hədisdə deyilir:

“Məhəmməd Peyğəmbər buyurub: Qıtlıq və susuzluq düşəndə Musa Bəni-İsrail üçün dua edib, yağış istədi. Allah ona belə vəhy etdi: Mən sənin duanı qəbul etməyəcəyəm, sənlə birgə olanların dualarını da qəbul etməyəcəyəm, madam ki sizin aranızda söz gəzdirən və ara vuranlar var.”

Sual yarana bilər ki, Allah Quranda buyurur ki, hər kəs öz etdiyi əməllərə cavabdehdir, belə olan halda niyə bir qrup camaatın duası bir sözgəzdirənə görə qəbul olmamalıdır.

Ola bilər ki camaatın dualarının qəbul olmaması bu sözgəzdirən insana qarşı "Pis işdən çəkindirmək" prinsipinin həyata keçirilməməsi nəticəsində və sözügedən günahkarın günahını davam etməsinin sayəsində həyata keçir.

Quranda bu haqda oxşar ayələr də var. Məsələn Ənfal surəsinin 25-ci ayəsində buyurulur:

"Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!"

Yəni bəla gəldikdə təkcə zalımları tutmayacaq və yaş da qurunun hesabına yanacaq. Allahın bu sünnəti bu dünyaya aiddir.
/İslaminSesi.info/

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930