İmam Əlinin (ə) səhv dua edən kişiyə təlimatı
Tusi əl-Əmali əsərində (cild-1, səh-120) həzrət Əlinin səhv dua edən bir kişiyə təliamat verməsini ehtiva edən hədisi gətiribdir:
İmam Sadiqi buyurur: “Əmirəl-Möminin Əli (ə) bir kişinin dua etməsini eşitdi ki deyirdi: İlahi mən fitnədən sənə sığınıram. İmam buyurdu: Mən görürəm ki sən öz malından və övladlarından Allaha sığınırsan! Bunu bil ki Mütəal Allah buyurur: “Sizin əmlakınız və övladlarınız sizin üçün fitnədir (imtahandır)” Ona görə belə deməlisən: İlahi sənə sığınıram azdıran fitnələrdən” İslam dininin təlimatına görə Allah bir bəndəni ailəsi və əmlakı ilə imtahana çəkir. Ailəyə və əmlakına bağlı olan insanlar onları qazanmaq və saxlamaq üçün harama və günaha mürtəkib olarsa bu fitnəyə düşmüş sayılır. Lakin o bu məsələdə işləri asan tutan Allaha qarşı günah etməzsə övlad və əmlak fitnəsindən amanda qalar. Oxşar xəbərlər
|