Dərdlərin dəvası, gözün şəfası, rahat yuxu, günahların bağışlanması – “Qədr” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 6-05-2020, 17:35
Dərdlərin dəvası, gözün şəfası, rahat yuxu, günahların bağışlanması – “Qədr” surəsinin fəzilətləri
Hər şeyin meyvəsi vardır və Quranın meyvəsi – “Qədr” surəsidir. Hər şeyin xəzinəsi vardır, Quranın xəzinəsi – “Qədr” surəsidir. Hər şeyin asan yolu vardır və yolda qalmışlar üçün asan yol – “Qədr” surəsidir.

Hər şeyin isməti vardır və möminin isməti – “Qədr” surəsidir. Hər şeyin hidayəti vardır və salehlərin hidayəti – “Qədr” surəsidir. Hər şeyin sərvəri vardır və Quranın sərvəri – “Qədr” surəsidir.

“Qədr” surəsi Quranın 97-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və beş ayəsi vardır.

İmam Muhəmməd Baqir (ə) bu surə haqqında buyurur: “Hər kim “Qədr” surəsini yüksək səslə oxuyarsa, onun kimidir ki, qılıncını Allah Təala yolunda çəkmişdir. Hər kim bu surəni ahəstə oxuyarsa, onun kimidir ki, Allah yolunda özünü qana boyamışdır. Hər kim bu surəni on dəfə oxuyarsa, Allah onun günahlarını məhv edər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni vacib namazlarında oxuyarsa, onu Allah tərəfindən səsləyən səsləyər və deyər: “Ey Allah bəndəsi! Allah sənin keçmiş günahlarını bağışladı, ona görə də əməllərinə başdan başla””.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyarsa, ona Ramazan ayının oruc tutan və Qədr gecəsini oyaq qalan insanın savabından verilər”.
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü möminlərin qarşısında olan nur – “Qədr” surəsinin nurudur”.

İmam Baqir (ə) buyurur: “Hər kim hər gecə “Qədr” surəsini 100 dəfə oxuyarsa, səhər başlamazdan əvvəl behişti görər”.

“Qədr” surəsinin bərəkətləri.

1. Dərdlərin dəvasıdır. İmam Sadiq (ə) buyurur: “Hər kimin dərdi varsa yeni bir kuzə götürsün və ona su töksün və özü bu işi görsün, sonra “Qədr” surəsini tərtillə 30 dəfə həmin suya oxusun. O sudan içsin və onunla dəstəmaz alsın və onun vasitəsilə üzünə və ayaqlarına məsh çəksin. Hər nə qədər bu sudan azalsa, o qədər ona əlavə etsin. Üç gün keçməz ki, Allahın izni ilə dərdi dərman olar”.

2. Gözün görməsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini suya oxuyarsa və həmin sudan içərsə, Allah onun gözündə nur qərar verər”.

3. Rahat yuxu. İmam Sadiq (ə) buyurur: “İşa namazından sonra “Qədr” surəsini 15 dəfə oxuyun ki, gələn gecəyə qədər İlahi amanda olasınız. Hər kim yatmazdan əvvəl bu surəni 7 dəfə oxuyarsa, səhərə qədər amanda olar”.

4. Duanın yerinə yetməsi. İmam Cavad (ə) buyurur: “Hər kim “Qədr” surəsini oxuyar və sonra dua edərsə, duası Lövhi-məhfuzda yerinə yetmiş yazılmış olar”.

5. Günahların bağışlanılması. İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini vacib namazlarından birində oxuyarsa, carçı car çəkər: “Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, ona görə də əməllərinə başdan başla””.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031