İmam Hüseynin (ə) kəramət və möcüzələri
Kəramət elə bir əməldir ki, bəşərin adət etdiyinin əksinə olur. Allah möcüzə etmək qabiliyyətini peyğəmbərlərinə və İlahi Övliyalara vermişdir. Kəramət elə bir əməldir ki, bəşərin adət etdiyinin əksinə olur. Allah möcüzə etmək qabiliyyətini peyğəmbərlərinə və İlahi Övliyalara vermişdir. Onlar bu yolla öz nübuvvət və imamətliyini sübut edirdilər. İnsanlar da bu kəramət və möcüzədən sonra onlara itaət edir və göstərişlərini yerinə yetirirdilər. Peyğəmbər (s) və Məsum İmamların (ə) tək istəyi biz müsəlmanların hidayət olması və saleh əməl sahibi olmamızdır. Kəramət sahibi olan imamlardan biri də İmam Hüseyn (ə) idi. O, Peyğəmbərin (s) tərbiyəsini görmüş və onun nübuvvət bulağından sirab olmuşdu. Həbabə Əhli-beyt (ə) davamçılarından idi və nəql edir: “Bir gün İmam Hüseynin (ə) yanına getdim və salamdan sonra Həzrət (ə) mənə buyurdu: “Ey Həbabə! Niyə bizi görməyə gəlmirsən?”. Dedim: “Düçar olduğum xəstəliyə görə”. Həzrət (ə) xəstəliyimi soruşan zaman üzümü göstərdim və bu zaman İmam (ə) ağız suyundan həmin yaraya sürtdü və dua etdi. Elə bu zaman həmin xəstəlik üzümdən yox oldu və mənə buyurdu: “Ey Həbabə! Allahın şükrünü yerinə yetir! Allah onu səndən uzaqlaşdırdı”. Mən də səcdəyə getdim və başımı qaldıran zaman Həzrət (ə) buyurdu: “Ey Həbabə! Biz və davamçılarımız İlahi damcılardanıq. Başqaları ondan uzaqdırlar””. Bir gün bir cavan ağlayaraq İmam Hüseynin (ə) yanına gəlir və deyir: “Anam vəsiyyət etmədən dünyadan getmişdir. Mənə əmr etmişdi ki, sizin icazəniz olmadan mal-dövlətinə dəyməyim”. İmam (ə) ayağa qalxır və cavanla bir yerdə evinə gedir. Dua edir ki, Allah vəsiyyət etmək üçün onu bir müddət diriltsin. Bu zaman cavanın anası yerində əyləşir və şəhadətlərini deyir və İmama baxıb deyir: “Mənə özünə aid olana görə əmr ver!” İmam (ə) ondan istəyir ki, vəsiyyətini etsin. Qadın deyir: Ya ibni Rəsullah! Malımın üçdə birini sənə verirəm, harada istəyirsənsə xərclə. Əgər övladlarım sənin dostlarındandırsa, üçdə birini onlara ver. Əgər sizə müxalifdirlərsə, bütün malımı götür. Çünki sizinlə müxalif edənlər üçün müsəlmanın malından haqq yoxdur”. Sonra Həzrətdən istəyir ki, onu kəfənləyib, dəfn edən zaman iştirak etsin və sonra da ölür. (Deyerler.org) Oxşar xəbərlər
|