Hədislərdə xəsisliyin gözəl izahı
Mьəllif: admin1
Tarix: 14-01-2022, 11:44
Hədislərdə xəsisliyin gözəl izahı
Həşr surəsinin 9-cu ayəsində buyurulur:

“Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar.

(Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!”

Ayəyə əsasən, xilas olanlar yalnız xəsisliyinə qalib gələnlərdir.

İmam Həsən (ə) xəsisliyi iki cümlədə belə izah edir:

"Xəsislik əlində olanı özünə şərəf, əlindən çıxanı isə tələf olmuş hesab etməkdir” (Vəsailuş-şiə,16/539)

Quran ayələrinə görə müsəlman əlindən çıxana heyifsənməməlidir, əlinə gələn bir nemətə görə də sevinməməlidir.

Bu həm təvəkkülün, Allahın müqəddəratına razı olmağın həm də xəsisliyin olmamasının göstəricisidir.

Əgər bir müsəlman əlində olanı özünə şərəf bilirsə deməli bu mülk onu dünyaya bağlayar.

Allah bu mülklə onu imtahana çəkdiyi halda, o əlində olan bu mülkə görə və onun əldə qalmasına görə günahlara da mürtəkib ola bilər.

Mütəal Allah buyurur ki, Allah yolunda verdikləriniz “Baqiyatus-Salihat”dır və yalnız onlar insan üçün qalıcıdır.

Belə olan halda insan Allah yolunda əlindən çıxanlara, digər məkanlara sərf olunmuşlara tələf olunmuş baxarsa, xəsis kimi qələmə verilər.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031