İnsanın öz ömründən xəbərsizliyindəki hikmət nədir?
Mьəllif: admin1
Tarix: 14-01-2017, 22:05
İnsanın öz ömründən xəbərsizliyindəki hikmət nədir?
İmam Sadiq (ə) buyurub: “İndi, ey Məfəzzəl! İnsanın ömür müddətinin on­dan gizlin olması üzərində düşün. Çünki ömrünün nə qədər olduğunu bilsə və ömrü qısa olsa, həyat ona dözülməz olar. Belə ki, ölümü bildiyi vaxtda gəl­məsini gözləyəcək. Sanki malı aradan getmiş və ya məhv olmaq ərə­fə­sin­də olan insan tək olacaq. Belə insan malının məhv olmasının və yoxsul ol­ma­sının qorxusundan əməli surətdə yoxsulluğu hiss edəcək. O ki qalsın, ma­lın yox olması qorxusundan dəfələrlə çox olan ömrün sona yetmək qor­xu­su ola! Çünki kiminsə sərvəti azalarsa onun əvəzini qazanmaq ümüdi ilə təs­kinlik tapır. Ancaq ömrünün tamam olmasına (konkret və məlum vaxta) yə­qinliyi olan kimsənin vücudunu yas bürüyər. Ancaq ömrü uzun olsa və bun­dan xəbərdar olsa, hələ diri olacağına yəqinlik tapacaq. Buna görə də, ləz­zət və günahlara qərq olub, kamına çatmağa və sonra həyatının son­la­rın­da tövbə etməyə çalışacaq. Deyə bilərsən ki, elə indinin özündə də ömür müd­dətinin məlum olmadığı və hər an ölümün gəlişini gözlədiyi halda belə in­san murdar işlər görüb itaətsizlik edir. Cavabında deyirəm: Ömür müd­də­ti­nin məlum olmamasının hikməti barədə dediyimiz öz qüvvəsində qalır. An­caq bununla belə, insan yenə də çirkin əməllərdən qalmırsa bu artıq onun başının məstliyindən və ürəyinin daşlığındandır və işin fəlsəfəsinə, uzaq­görənliyin səhv olmasına dəlalət etmir.” [1]



www.ahliman.info

[1] Biharul-Ənvar, c. 3, səh. 83.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930