İSTƏKLƏRƏ VƏ MƏQSƏDLƏRƏ ÇATMAQ ÜÇÜN VASİTƏ
Əziz Peyğəmbər (s) müharibə meydanında bütün işləri gördükdən sonra dua da edir Dua istək və məqsədlərə, insanın istədiyi və arzuladığı hər bir şeyə çatması üçün vasitədir. Çox əhəmiyyətli bir məsələdir. Allah-Taala insana elə bir vasitə verib ki, qeyd edəcəyim istisna hallardan başqa, onunla bütün istəklərini təmin edə bilir. O vasitə nədir? Allah-Taaladan istəməkdir. Biz Haqq-Taalanın dərgahına dua etdikdə, əslində öz istəklərimizə nail olmaq üçün bir vasitə axtarırıq, bu istəklərə sarı bir yol keçir və ondan istifadə edirik. Bu bir növ dua etməkdir: istədiyini almaq üçün dua etmək. İnsanın bütün məqsədləri maddi vasitə və yollarla əldə edilmir. İnsan bəzi şeyləri dua ilə əldə etməlidir; sözsüz ki, yalqız və əməlsiz dua ilə yox. İnsanın əməl qapısını bağlayıb, dua ilə kifayətlənməsinin heç bir faydası yoxdur. Lakin əməl, iş kənarında, iradə və səylə yanaşı Allahdan istəmək də lazımdır. Bu dua insanın istəklərini təmin edir. Görürsünüz ki, əziz Peyğəmbər (s) müharibə meydanında bütün işləri gördükdən sonra dua da edir. Deməli, dua etmək, bu yolla öz istək və məqsədlərimizə nail olmaq bizim vəzifələrimizdən biridir. Ayətullah Seyid Əli Xamenei Oxşar xəbərlər
|